Avropa İttifaqında ən çox miqrant həyatı yaşayan rumınlardır


Hazırda Avropa İttifaqına üzv ölkələrdə 3,1 milyondan çox rumın vətəndaşı yaşayır ki, bu da ölkə əhalisinin 16,28 faizini təşkil edir. Bu göstəriciyə görə Rumıniya Aİ-də birinci yeri tutur.

SİA xəbər verir ki, statistikaya əsasən, siyahının ikinci pilləsində 570 mindən çox vətəndaşı digər Aİ ölkələrində yaşayan Xorvatiya (14,9 faiz) qərarlaşıb. İlk üçlüyü isə 753 min vətəndaşı (11,68 faiz) xaricdə olan Bolqarıstan tamamlayır.

Qeyd edilir ki, Aİ-də daxili miqrantların ən az olduğu ölkələr Malta (0,92 faiz), Fransa (0,91 faiz) və Almaniyadır (0,9 faiz).

Məlumatda vurğulanır ki, Rumıniya diasporu ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edir və iqtisadi, siyasi proseslərə mühüm təsir göstərir. 2025-ci ilin fevralına olan məlumatlara əsasən, ümumilikdə 5,7 milyon rumın ölkə hüdudlarından kənarda yaşayır. Onların əsas hissəsi İtaliyada (1,1 milyon), İspaniyada (1 milyon), Böyük Britaniyada (1 milyonadək), Almaniyada (800 min) və ABŞ-da (460 min) məskunlaşıb.

Əlaqəli Xəbərlər