Şotlandiyada ABŞ Prezidenti Donald Trampla Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında görüş keçirilir. SIA-nın məlumatına görə, görüşdə ticarət sazişi üzrə danışıqlar aparılır. Görüş öncəsi jurnalistlərin suallarını cavablandıran Donald Tramp ABŞ və Avropa İttifaqı arasında hələ də üç-dörd razılaşdırılmamış məsələnin olduğunu deyərək sazişin bağlanma ehtimalının 50 faiz səviyyəsində olduğunu açıqlayıb. Tərəflər ikitərəfli əlaqələrin dünyada ən böyük ticarət tərəfdaşlığı olduğunu dilə gətiriblər. Görüşün təxminən bir saat çəkəcəyi gözlənilir.
Daha çoxDay: July 28, 2025
Vyana NATO-ya üzvlük məsələsini müzakirə etmək imkanı verir
…Avstriya hakimiyyəti ölkənin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı müzakirələrin başlanmasına icazə verir. SİA-nın məlumatına görə, bunu Almaniyanın “Welt” nəşrinə müsahibəsində Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Beate Meinl-Reisnger deyib. Diplomatın fikrincə, indiki vəziyyətdə dövləti qorumaq üçün təkcə neytrallıq siyasəti kifayət etmir. O vurğulayıb ki, beynəlxalq vəziyyətin pisləşməsi və Rusiyanın getdikcə aqressivləşən xarici siyasəti kontekstində Avstriya öz müdafiəsini gücləndirməyə diqqət yetirməlidir. Meinl-Reisinger qeyd edib ki, respublikanın təhlükəsizliyi müdafiə sektoruna investisiyalar hesabına təmin edilir. Eyni zamanda, nazir qeyd edib ki, hazırda NATO-ya üzvlük ideyası nə ölkə əhalisi, nə də parlamentdə dəstəklənmir. Buna…
Daha çox