İqtisadi dividendlər, mədəni turizm və kazino modeli

Azərbaycan son illərdə turizm sahəsində mühüm irəliləyişlər əldə edib. Şərqin zəngin mədəniyyəti, unikal mətbəxi, qədim tarixi abidələri və qonaqpərvərliyi ilə ölkəmiz artıq on minlərlə turisti cəlb edən əsas regional istiqamətlərdən birinə çevrilməkdədir. Gürcüstan, Belarus, Türkiyə və BƏƏ kimi ölkələrin təcrübəsi göstərir ki, kazinolar xarici turistləri cəlb etmək üçün əlavə cazibə nöqtəsi olmaqla yanaşı, illik milyonlarla valyuta axınının ölkədə qalmasına da şərait yaradır. Əgər bu gün Azərbaycanda turistlərə yönəlmiş, dövlət nəzarətində fəaliyyət göstərən kazinolar fəaliyyətə başlasa, regionlarımızda həm infrastruktur inkişaf edər, həm də dövlət büdcəsinə yüz milyonlarla manat əlavə daxilolmalar təmin…

Daha çox

Qazaxıstan Moskvadan üz döndərir…

Atom Elektrik Stansiyasının Müqavilələri Çinə verilir. Rosatomun əvəzinə nüvə elektrik stansiyaları Çinin CNNC şirkəti tərəfindən tikiləcək… …Çin Qazaxıstanda iki atom elektrik stansiyası (AES) tikəcək, bu barədə cümə axşamı hökumətdə keçirilən mətbuat konfransında baş nazirin birinci müavini Roman Sklyar bildirib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Orda.kz xəbər verir. Onun sözlərinə görə, hazırda layihələrin texniki-iqtisadi əsaslandırması və layihə-smeta sənədləri hazırlanır, ona görə də tikintinin dəyərinin adını çəkmək tezdir. …Hökumətlərarası saziş və əməkdaşlıq forması ilə bağlı bütün məsələlər təsdiqlənmə mərhələsindədir və sonra parlamentdə ratifikasiya olunacaq, – deyə…

Daha çox

“İfadə olunmayan duyğular bədənə zərbə vurur”

“İnsanların çoxu yaşadıqları psixoloji gərginliyi, daxili narahatlıqları və emosional yükləri paylaşmır. Onlar bu hissləri içlərində saxlayaraq susaraq yaşayırlar. Lakin bu, çox ciddi nəticələrə səbəb ola bilər. İfadə olunmayan duyğular bir müddət sonra bədən dilində danışmağa başlayır – yəni, müxtəlif fiziki narahatlıqlar və sağlamlıq problemləri ortaya çıxır”. Bunu SİA-ya açıqlamasında klinik psixoloq Ruhiyyə Rüstəmova deyib. Onun sözlərinə görə, bu sonra həm psixoloji, həm də fiziki sağlamlıq problemlərinə yol aça bilər: “Bu hal uzun müddət davam etdikdə psixosomatik pozuntular yarana bilər. Baş ağrıları, həzm problemləri, yuxusuzluq, təzyiqin yüksəlməsi, hətta immun sisteminin zəifləməsi…

Daha çox

Bakı-Qazax yolunda avtomobillə hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə bağlı sabahdan avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənə qədər qüvvədə olacaq. “Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

Daha çox

Köç karvanı Xıdırlı kəndinə çatıb

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb, açarların ailələlərə təhvil verilmə mərasimi keçirilib. SİA xəbər verir ki, bu mərhələdə köçürülən 225 nəfərdən ibarət 58 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Daha çox

AMB bank kapitalı və onun adekvatlığının hesablanması qaydalarını dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 24 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra istehlak krediti xətləri 40 %-lə (kreditə konvertasiya əmsalı – 0,4) kreditə konvertasiya ediləcək. İstehlak krediti xətlərinin istifadə edilməmiş hissəsi (balansdankənar hesablarda uçota alınan) kreditə konvertasiya edildikdən sonra 100 %-lik risk qrupuna aid ediləcək. Bundan başqa, müqavilə əsasında banka birtərəfli qaydada tam yerinə yetirməmək hüququ verən öhdəliklər – 0 %-lə…

Daha çox

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub

Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib. SİA agentliyə istinadən xəbər verir ki, görüşdə F.Nağıyev Azərbaycanın turizm potensialı və mövcud turizm destinasiyaları, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib. Tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsində turizmin əhəmiyyətini vurğulayıblar. Eləcə də turizm sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb. Səfir ölkəsinin turizm naziri və Ümumdünya Turizm Təşkilatının Baş katibi adından Azərbaycan rəsmisini bu il 7-11 noyabrda Ər-Riyadda keçiriləcək Ümumdünya Turizm Təşkilatının Ümumi iclasına dəvət edib.

Daha çox

Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr…

Daha çox

“Yenidənqurma işləri nəticəsində plana düşən evlərin sayı artmaqdadır”

“Son illər paytaxtda və böyük şəhərlərdə aparılan infrastruktur layihələri, yol genişləndirmə və yenidənqurma işləri nəticəsində plana düşən evlərin sayı artmaqdadır. Bu proses çərçivəsində sakinlər üçün əsas suallardan biri isə plana düşən evlərin dövlət və ya aidiyyəti qurumlar tərəfindən nə qədər qiymətləndirilməsidir. Bu məqamda evin hüquqi statusu-sənədli və ya sənədsiz olması-qiymətləndirmədə əsas meyar hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib. Onun sözlərinə görə, əgər evin mülkiyyət sənədi (kupçası) varsa və rəsmi şəkildə qeydiyyata alınıbsa, həmin ev bazar dəyəri əsasında qiymətləndirilir. Bu zaman qiymətə evin yerləşdiyi…

Daha çox