Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, mərasimdə Azərbaycan, Türkiyə, Suriya və Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər. İlk mərhələdə illik 1,2 milyard kubmetr qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına nəql olunacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində Suriyada 1200-1300 meqavatlıq elektrik enerjisinin istehsalı hədəflənir.
Daha çoxDay: August 2, 2025
“Suriya ilə əməkdaşlıq Azərbaycanın həm geoiqtisadi, həm də geosiyasi çəkisini artırır”
“Azərbaycanın enerji siyasətində Suriya istiqamətinə qaz ixracının başlanması strateji baxımdan bir neçə mühüm üstünlük qazandırır. Bu addım, ilk növbədə, Azərbaycanın qaz ixrac coğrafiyasının şaxələndirilməsinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında ekspert Anar Əliyev deyib. Onun sözlərinə görə, indiyə qədər əsas fokus Avropa bazarlarına yönəlmişdisə, indi Azərbaycan eyni zamanda Yaxın Şərq kimi mürəkkəb, lakin enerji baxımından perspektivli bazara daxil olur. Bu, Azərbaycanın “enerji diplomatiyası”nda yeni mərhələyə keçdiyini göstərir: “Bununla yanaşı, Suriya ilə əməkdaşlıq Azərbaycanın həm geoiqtisadi, həm də geosiyasi çəkisini artırır. Azərbaycanın hazırda 12 ölkəyə qaz ixrac etdiyini nəzərə alsaq, Suriya…
Daha çoxTürkiyə və Şimali Kipr mediası Azərbaycan qazının Suriyaya nəqlinə başlanması mərasimini geniş işıqlandırıb
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı xəbər agentlikləri, telekanalları, xəbər portalları və qəzetləri Azərbaycan qazının Türkiyənin cənubundakı Kilis vilayəti vasitəsilə Suriyaya nəqlinə başlanması mərasimini geniş işıqlandırıb. SİA xəbər verir ki, qardaş ölkələrin əksər media orqanı Azərbaycan və Qətər nümayəndə heyətlərinin iştirakı ilə keçirilən mərasimdən canlı yayım təşkil edib. Materiallarda Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın Azərbaycana və Qətərə minnətdarlıq sözlərinə diqqət yetirilib. Azərbaycan qazının Suriyaya nəqli bu ölkədə normal həyatın bərpası, o cümlədən qaçqınların öz vətənlərinə könüllü qayıtması kontekstində mühüm amil kimi vurğulanır. A.Bayraktarın Kilis vilayətindəki…
Daha çoxAzərbaycanın Suriyaya nəql edəcəyi qazın potensial həcmi 6 milyon kubmetrdir
Azərbaycan qazını Suriyaya nəql edən boruların günlük potensialı 6 milyon kubmetrdir. Sadəcə, ilkin mərhələdə 3,4 milyon kubmetr qazın nəqli nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya nəqlinə dair keçirilən mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib. “Azərbaycanlı qardaşlarımıza bu dəstəyə görə təşəkkür edirəm. Təbii ki, bu razılaşma hər iki ölkə başçısının sonuncu görüşündən sonra baş tutub. Bu, birbaşa Suriya xalqının rifahına və elektrik enerjisi ilə davamlı təminatına xidmət göstərəcək. Bu layihə sonuncu deyil, ilk layihədir. Bundan sonra da bizim birgə layihələrimiz…
Daha çoxTürkiyə və Azərbaycanın enerji əməkdaşlığı Suriya üçün həyati əhəmiyyət daşıyır
Avqustun 2-dən Azərbaycan qazının Türkiyənin Kilis vilayəti vasitəsilə nəqlinə başlanılan Suriyanın Hələb vilayətinin sakinləri Ankara və Bakının Suriyanın bərpasına verdiyi töhfəni alqışlayır. SİA xəbər verir ki, bu barədə Türkiyənin “STAR” qəzetinin şənbə günü Hələbdə hazırladığı reportajda deyilir. Nəşr qeyd edir ki, Hələb sakinlərinin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığı Suriya üçün həyati əhəmiyyət kəsb edir. Qəzet Suriyaya qaz nəqlinin müsbət iqtisadi və sosial nəticələrinə diqqət çəkən Hələb sakini Mahmud Hammaşdan sitat gətirir. “Azərbaycan qazı sayəsində biz elektrik enerjisi alacağıq. Biz nəqliyyat və çörəyin qiymətlərinin aşağı düşməsinə ümid edirik”,…
Daha çoxManatın nominal və real effektiv məzənnələri azaldı
Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1,1 bənd, ilin əvvəli ilə müqayisədə 6,6 bənd, ötən ilin iyulun 1-nə nisbətən 1,8 bənd azdır. İyulun 1-nə manatın real effektiv məzənnəsi 115,3 bənd təşkil edib. Bu isə iyunun 1-nə olan göstərici ilə müqayisədə 2,2 bənd, ilin əvvəlinə nisbətən 9,8 bənd, ötən illin iyulun 1-i ilə müqayisədə isə 4,3 bənd azdır.
Daha çoxKiyev və Paris birgə müdafiə layihələrinin həyata keçirilməsinə dair növbəti addımlar barədə razılığa gəlib
Ukrayna və Fransa birgə müdafiə-sənaye layihələrinin həyata keçirilməsinə dair növbəti addımlar barədə razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Sergey Boyev Fransanın Ukraynaya yeni təyin olunmuş müdafiə məsələləri üzrə attaşesi general-mayor Sedrik dyu Qarden ilə danışıqlar zamanı bildirib. “Ukrayna və Fransa müdafiə sənayesində, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı sahəsində birgə layihələrin hazırlanması üzərində işləməkdə davam edir”, – Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti onun sözlərindən sitat gətirib. Həmçinin qeyd olunur ki, Ukraynada PUA-ların birgə istehsalı üçün maliyyənin artırılması əsas prioritetdir. Bundan əlavə, Fransa istehsalı silahların…
Daha çoxZakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “YAŞAT” Fondunun dəvəti ilə ölkədə səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin daim uca tutulduğunu qeyd edən nazir hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların mnütəzəm diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin iki ölkə arasında mövcud dostluğun, əməkdaşlığın daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi…
Daha çoxAzərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb
Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1,1 bənd, ilin əvvəli ilə müqayisədə 6,6 bənd, ötən ilin iyulun 1-nə nisbətən 1,8 bənd azdır. İyulun 1-nə manatın real effektiv məzənnəsi 115,3 bənd təşkil edib. Bu isə iyunun 1-nə olan göstərici ilə müqayisədə 2,2 bənd, ilin əvvəlinə nisbətən 9,8 bənd, ötən illin iyulun 1-i ilə müqayisədə isə 4,3 bənd azdır.
Daha çoxAzərbaycan qazı Suriyada – Bakı Yaxın Şəqrdə mühüm enerji aktoruna çevrilir!
Mətləb Salahov: “Artıq Azərbaycan Suriyanın yenidən dirçəldilməsində və dövlət kimi ayağa qalxmasında mühüm rol oynamağa başlayıb” “Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixrac olunması, ilk əvvəl Azərbaycanın dövlət kimi artıq bölgənin güclü ölkəsi statusundan dünya siyasətində və enerji sektorunda önəmli aktora çevrildiyini göstərir. Bu proses həmçinin rəsmi Bakının Yaxın Şərq regionunda artan rolunun təzahürüdür. Mən əminəm ki, bu günkü hadisədən sonra Ermənistandakılarda – hakimiyyətindən müxalifətinə qədər – artıqYaxın Şərqdəki ciddi enerji aktoruna çevrilən Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa yolunun olmadığına əməlli-başlı əminlik yaranacaq.” Bu barədə jurnalist-ekspert Mətləb Salahov SİA-ya açıqlamasında deyib.…
Daha çox