Manatın nominal və real effektiv məzənnələri azaldı

Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1,1 bənd, ilin əvvəli ilə müqayisədə 6,6 bənd, ötən ilin iyulun 1-nə nisbətən 1,8 bənd azdır. İyulun 1-nə manatın real effektiv məzənnəsi 115,3 bənd təşkil edib. Bu isə iyunun 1-nə olan göstərici ilə müqayisədə 2,2 bənd, ilin əvvəlinə nisbətən 9,8 bənd, ötən illin iyulun 1-i ilə müqayisədə isə 4,3 bənd azdır.

Daha çox

Kiyev və Paris birgə müdafiə layihələrinin həyata keçirilməsinə dair növbəti addımlar barədə razılığa gəlib

Ukrayna və Fransa birgə müdafiə-sənaye layihələrinin həyata keçirilməsinə dair növbəti addımlar barədə razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Sergey Boyev Fransanın Ukraynaya yeni təyin olunmuş müdafiə məsələləri üzrə attaşesi general-mayor Sedrik dyu Qarden ilə danışıqlar zamanı bildirib. “Ukrayna və Fransa müdafiə sənayesində, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı sahəsində birgə layihələrin hazırlanması üzərində işləməkdə davam edir”, – Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti onun sözlərindən sitat gətirib. Həmçinin qeyd olunur ki, Ukraynada PUA-ların birgə istehsalı üçün maliyyənin artırılması əsas prioritetdir. Bundan əlavə, Fransa istehsalı silahların…

Daha çox

Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “YAŞAT” Fondunun dəvəti ilə ölkədə səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin daim uca tutulduğunu qeyd edən nazir hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların mnütəzəm diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin iki ölkə arasında mövcud dostluğun, əməkdaşlığın daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi…

Daha çox

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1,1 bənd, ilin əvvəli ilə müqayisədə 6,6 bənd, ötən ilin iyulun 1-nə nisbətən 1,8 bənd azdır. İyulun 1-nə manatın real effektiv məzənnəsi 115,3 bənd təşkil edib. Bu isə iyunun 1-nə olan göstərici ilə müqayisədə 2,2 bənd, ilin əvvəlinə nisbətən 9,8 bənd, ötən illin iyulun 1-i ilə müqayisədə isə 4,3 bənd azdır.

Daha çox

Azərbaycan qazı Suriyada – Bakı Yaxın Şəqrdə mühüm enerji aktoruna çevrilir!

Mətləb Salahov: “Artıq Azərbaycan Suriyanın yenidən dirçəldilməsində və dövlət kimi ayağa qalxmasında mühüm rol oynamağa başlayıb” “Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixrac olunması, ilk əvvəl Azərbaycanın dövlət kimi artıq bölgənin güclü ölkəsi statusundan dünya siyasətində və enerji sektorunda önəmli aktora çevrildiyini göstərir. Bu proses həmçinin rəsmi Bakının Yaxın Şərq regionunda artan rolunun təzahürüdür. Mən əminəm ki, bu günkü hadisədən sonra Ermənistandakılarda – hakimiyyətindən müxalifətinə qədər – artıqYaxın Şərqdəki ciddi enerji aktoruna çevrilən Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa yolunun olmadığına əməlli-başlı əminlik yaranacaq.” Bu barədə jurnalist-ekspert Mətləb Salahov SİA-ya açıqlamasında deyib.…

Daha çox

Sabah Bakıda hava isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq…

Daha çox

Ermənistan bu ölkə ilə birgə hərbi təlim keçirəcək

Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının, eləcə də Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq. Təlimlərin proqramına tibbi evakuasiya prosedurlarına xüsusi diqqət yetirilməklə sülhməramlı tapşırıqların hazırlanması və icrası daxildir. Əsas məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölmələrinin döyüş hazırlığının artırılmasıdır.

Daha çox

Misirxan Vəliyev haqq dünyasına qovuşdu

“Türk-müsəlman dünyasının təbliğ etdiyi ən mühüm fəzilətlərdən biri də xoş söz, xoş niyyət və xeyirxah əməl sahibi olmaqdır. Bu prinsiplərə riayət edən və həyata keçirməyə çalışanlar hörmətə və rəğbətə layiqdirlər”. 2017-ci ildə Misirxan Vəliyevin 60 illik yubileyi münasibətilə “Səs” qəzetində dərc olunan məqalə bu sətirlərlə başlayırdı. Bu gün isə artıq Misirxan müəllim aramızda yoxdur, haqq dünyasına qovuşub. YAP Siyasi Şurasının üzvü, İcra Katibliyinin baş məsləhətçisi, YAP Sabunçu rayon təşkilatının sədri kimi mötəbər mövqelərdən partiya quruculuğunda fəal iştirak edən Misirxan Vəliyev Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdü. Onun şərəfli və…

Daha çox

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib

Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al- Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər. Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq…

Daha çox

Vulkan 9 km hündürlüyə kül atıb

Rusiyanın Kamçatkada yarımadasındakı Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül atıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının teleqram kanalında məlumat verilib. “Klyuçevskoy vulkanı. Kül tullantısının hündürlüyü dəniz səviyyəsindən təxminən 9 min metr yüksəkliyə çatıb”, – məlumatda deyilir. Xatırladaq ki, iyulun 30-da Kamçatkada baş vermiş 8,7 maqnutudalı güclü zəlzələ iyulun 31-də vulkanda kül tullantısına səbəb olub. Qeyd edək ki, Klyuçevskoy (Klyuçevskaya Sopka) təxminən 7 min il yaşı olan, hündürlüyü dəniz səviyyəsindən 4688-4750 metr çatan Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Bu, təxminən 700 m…

Daha çox