ABŞ prezidenti Donald Trampın ruhani müşaviri, pastor Mark Burns Ukrayna xalqına dəstək sözləri yazıb və qeyd edib ki, “kömək yoldadır”.
SİA-nın məlumatına görə, o, şənbə günü X sosial şəbəkəsində (Twitter) yazıb: “Gözləyin, mənim ukraynalı qardaş və bacılarım. Yardım yoldadır”.
O, mesajına Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin təhdidləri səbəbindən nüvə sualtı qayıqlarının köçürülməsi barədə göstəriş verdiyi Trampın mesajını da əlavə edib.
Əli Babayev