İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Naxçıvan Enerji” MMC-ni dövlət qeydiyyatına alıb. SİA xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Zərifə Əliyeva küçəsi, 1/12, nizamnamə kapitalı 279 226 900 manat, qanuni təmsilçisi isə Məhərrəm Hüseyn oğlu Abbasovdur.
Xatırladaq ki, ötən il noyabrın 23-də Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının, eyni zamanda əmlakının bir hissəsi “Azərenerji”yə ötürülüb. M.Abbasov vaxtilə həmin Xidmətin rəis müavini olub, rəis vəzifəsini müvəqqəti icra edib.