Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşmək istəyir. SİA xəbər verir ki, bunu “Fox News” telekanalı Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Trampın xüsusi elçisi Stiv Uitkoffla görüş zamanı Putin nə vaxtsa Amerika lideri ilə görüşmək istədiyini bildirib. Uitkoffun bu mesajı Trampa çatdırdığı qeyd olunur. Trampın isə nəticədə Ukraynada müharibəyə son qoyulacağı təqdirdə artıq gələn həftə belə bir görüşə hazır olduğu diqqətə çatdırılır. Qeyd edək ki, bundan öncə Trampın gələn həftə Putin və Ukrayna Prezidenti Vlodimir Zelenski ilə Avropa liderlərinin iştirakı olmadan görüş keçirmək istədiyi bildirilirdi.
Daha çoxDay: August 7, 2025
İsveçdə daşlıq dələləri məhv edilir
İsveçdə milyardlarla kron ziyana səbəb ola biləcək invaziv daşlıq dələlərinin məhv edilməsi proqramına yenidən start verilib. Heyvan zahirən zərərsiz görünsə də, avtomobillərə və evlərə girərək kabellərə və interyerə zərər vurur. Bundan əlavə, yerli fauna, xüsusən də quşlara təhlükə yaradır. SİA xəbər verir ki, layihə əvvəllər maliyyə çatışmazlığı səbəbindən dondurulsa da, bu il hökumət mübarizəni davam etdirmək qərarına gəlib. Hazırda ölkənin cənub bölgəsində işlər davam etdirilir. Ovçular Assosiasiyasının invaziv növlər layihəsinin rəhbəri Per-Arne Olenin sözlərinə görə, bu dələ növünün populyasiyasının məhdudlaşdırılmasına dair tədbirlər görülməsə, infrastruktura böyük ziyan vuracaq. Bu heyvanın təbii…
Daha çoxGünəşdə bir ay ərzində altıncı dəfə güclü partlayış oldu
Günəşdə bir ay ərzində altıncı dəfə güclü alışma qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Məlumata görə, M sinifli partlayış on dəqiqə davam edib. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası da hadisə barədə məlumat verib. Bir gündən az müddətdə Günəşin demək olar ki, “X” sinifli alışmaya bərabər miqdarda enerji buraxdığına diqqət çəkilib. Ümumilikdə ulduzda C və M səviyyələrində 18 alışmanın baş verdiyi qeyd olunub. Qeyd edək ki, Günəş alovları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C,…
Daha çox“Rusiya atəşkəsə daha çox meyillənib”
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla xüsusi elçi Stiv Uitkoffun Rusiyaya səfərinin yekunlarına dair müzakirəsində Avropa liderlərinin iştirak etdiyini bildirib. SİA xəbər verir ki, Zelenski söhbətin təfərrüatlarını teleqram kanalında açıqlayıb. “Söhbətdə Avropa liderləri də iştirak etdi və mən onların hər birinə dəstəyə görə minnətdaram. Biz Moskvada elan edilənləri müzakirə etdik”, – Zelenski bildirib. Bundan əlavə, onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında aparılan danışıqlardan sonra atəşkəsə daha çox meyillənib.
Daha çoxBakının bəzi ərazilərində qaz olmayacaq
Bakının bəzi ərazilərində qaz olmayacaq
Daha çoxAvropalı otelçilər “Booking” platformasını məhkəməyə veriblər
Avropada 10 mindən çox otelçi “Booking” onlayn rezervasiya platformasını məhkəməyə verib. SİA xəbər verir ki, onlar 20 ildə üzləşdikləri ziyana görə təzminat tələb edirlər. İş Avropa Ədalət Məhkəməsinin icraatındadır. İddiaçılar bildirirlər ki, platformanın “münasib qiymət” müddəası onlara zərər verməklə yanaşı, Avropa qanunvericiliyinə də ziddir. Bu müddəa otellərin ən münasib qiyməti digər saytlarda paylaşmasına imkan vermir. Baş ofisi Amsterdamda yerləşən “Booking” platforması Avropa otellərinin 70 faizinin onlayn rezervasiyasına nəzarət edir.
Daha çoxUitkoffla Putin arasında yüksək məhsuldar görüş olub
Mənim xüsusi elçim Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə yüksək məhsuldar görüşü olub. SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, böyük irəliləyişin əldə edildiyini bildirib. “Daha sonra mən bəzi avropalı müttəfiqlərimizi məlumatlandırdım. Hamı razılaşır ki, bu müharibə sona çatmalıdır. Biz qarşıdakı günlərdə və həftələrdə bunun üçün çalışacağıq”,-deyə Tramp əlavə edib.
Daha çox“Xüsusi hərbi əməliyyat qəhrəmanı” qumbara ilə dörd nəfəri partladıb…
O, türmədən döyüşə gedib və bu yaxınlarda cəbhədən qayıdıbmış… …Rusiyada, Tula vilayətində Ukraynadan qayıdan hərbçi özünü və daha 3 nəfəri qumbaraatanla partladıb. SİA-nın məlumatına görə, bu barədə “Diqqət, xəbərlər” bildirib. Telekanalın məlumatına görə, dəfələrlə hədə-qorxu ilə tələb etmə, oğurluq, avtomobil qaçırma və sağlamlığa xüsusilə ağır zərər vurma maddələri ilə məhkum olunmuş 32 yaşlı koloniyadan döyüşə gedib və bu yaxınlarda cəbhədən qayıdıb. Avqustun 6-na keçən gecə Kurkino kəndindəki fərdi evlərdən birinin yaxınlığında özünü yerli hakimiyyət orqanı hesab edən əsgər tanışı ilə sonuncunun narkotik vasitə qəbul etməsi…
Daha çoxMDU teleportasiya və zaman maşınının tədqiqi institutunu bağlayıb
…Moskva Dövlət Universiteti (MDU) 25 ildən artıqdır ki, teleportasiya, zaman maşınları, gələcəkdən məlumatların əldə edilməsi və digər qeyri-ənənəvi elmi mövzuları öyrənən Zamanın Təbiətinin Öyrənilməsi İnstitutunu bağlayıb. SİA-nın məlumatına görə, bu, RTVI telekanalının diqqətinə çatdırılıb. Qeyd edildiyi kimi, struktur Moskva Dövlət Universitetinin rəsmi saytının alt domenində fəaliyyət göstərirdi və seminarların keçirilməsi üçün universitetin ərazisindən istifadə edirdi. İş sahələri arasında “Dünyanın dəyişkənliyinin mahiyyətinin dərk edilməsi” və “Dəyişkənliyin ölçülməsi üçün adekvat metodların işlənib hazırlanması” kimi istiqamətlər göstərilib. Moskva Dövlət Universitetinin biologiya fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Kirpiçnikov RTVI ilə söhbətində belə…
Daha çoxƏgər Putin cümə gününə qədər Trampın ultimatuma əməl etməsə…
…ona hansı sanksiyaları tətbiq edilə bilər? “Financial Times” “asan ilk addım” haqqında öyrənib… …SİA-nın məlumatına görə, “Financial Times” mənbələrə istinadən xəbər verir ki, Tramp administrasiyası Kreml lideri Vladimir Putin avqustun 8-nə qədər Ukraynada atəşkəslə razılaşmasa, Rusiyanın “kölgə donanmasına” qarşı əlavə sanksiyalar tətbiq etməyi düşünür. Ağ Evdəki müzakirələrə yaxın olan iki şəxs qəzetə bildirib ki, ABŞ-ın “kölgə donanmasına” qarşı əlavə sanksiyaları Rusiyaya təzyiq etmək üçün asan ilk addım kimi qiymətləndirilib. Administrasiyaya yaxın üçüncü mənbə bir sıra variantların nəzərdən keçirildiyini bildirib. …ClearView Energy Partners-ın tədqiqat üzrə idarəedici…
Daha çox