MDU teleportasiya və zaman maşınının tədqiqi institutunu bağlayıb

…Moskva Dövlət Universiteti (MDU) 25 ildən artıqdır ki, teleportasiya, zaman maşınları, gələcəkdən məlumatların əldə edilməsi və digər qeyri-ənənəvi elmi mövzuları öyrənən Zamanın Təbiətinin Öyrənilməsi İnstitutunu bağlayıb. SİA-nın məlumatına görə, bu, RTVI telekanalının diqqətinə çatdırılıb. Qeyd edildiyi kimi, struktur Moskva Dövlət Universitetinin rəsmi saytının alt domenində fəaliyyət göstərirdi və seminarların keçirilməsi üçün universitetin ərazisindən istifadə edirdi. İş sahələri arasında “Dünyanın dəyişkənliyinin mahiyyətinin dərk edilməsi” və “Dəyişkənliyin ölçülməsi üçün adekvat metodların işlənib hazırlanması” kimi istiqamətlər göstərilib. Moskva Dövlət Universitetinin biologiya fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Kirpiçnikov RTVI ilə söhbətində belə…

Daha çox

Əgər Putin cümə gününə qədər Trampın ultimatuma əməl etməsə…

…ona hansı sanksiyaları tətbiq edilə bilər? “Financial Times” “asan ilk addım” haqqında öyrənib… …SİA-nın məlumatına görə, “Financial Times” mənbələrə istinadən xəbər verir ki, Tramp administrasiyası Kreml lideri Vladimir Putin avqustun 8-nə qədər Ukraynada atəşkəslə razılaşmasa, Rusiyanın “kölgə donanmasına” qarşı əlavə sanksiyalar tətbiq etməyi düşünür. Ağ Evdəki müzakirələrə yaxın olan iki şəxs qəzetə bildirib ki, ABŞ-ın “kölgə donanmasına” qarşı əlavə sanksiyaları Rusiyaya təzyiq etmək üçün asan ilk addım kimi qiymətləndirilib. Administrasiyaya yaxın üçüncü mənbə bir sıra variantların nəzərdən keçirildiyini bildirib. …ClearView Energy Partners-ın tədqiqat üzrə idarəedici…

Daha çox

“The New York Times”: Çin borc içində boğulur…

Pekin istehlak kreditləri vasitəsilə iqtisadiyyatı fəal şəkildə stimullaşdırır… …Çin hakimiyyəti dörd ildir tənəzzülə uğrayan iqtisadiyyatı dirçəltməyə çalışır, vətəndaşları daha az qənaət etməyə və daha çox xərcləməyə çağırır. Tənzimləyicilər daha çox istehlak kreditləşməsinə, banklar isə daha çevik ödəmə şərtlərinə can atırlar. Lakin bir çox çinli borc tələsindən qorxaraq yeni kreditlər götürməkdən ehtiyat edir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” yazır. 2021-ci ildən 2024-cü ilə qədər Çində istehlakçıların əmanətləri 50 faiz artıb. Amma həmin dövrdə ümidsiz kreditlərin sayı da demək olar ki, iki…

Daha çox

Rusiya neftinin ən böyük alıcıları kimlərdir?

Bu ölkələr dolayısı ilə Putinin döyüş maşınını maliyyələşdirir… …ABŞ prezidenti Donald Tramp Çin və Hindistanı Rusiyadan neft almağı dayandırmağa çağıraraq, onları Kremlin Ukraynaya qarşı hərbi əməliyyatlarını dolayısı ilə dəstəkləməkdə ittiham edir. Onun fikrincə, tədarükün dayandırılması Putinə təzyiqi artıra və onu atəşkəsə sövq edə bilər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Independent yazır. Bununla belə, beynəlxalq sanksiyalara və Qərbin çağırışlarına baxmayaraq, Çin, Hindistan və Türkiyə Rusiya neftinin ən böyük alıcıları olaraq qalır. 2023-cü ilin yanvarında Avropa İttifaqının neft embarqosu qüvvəyə mindikdən sonra xammal axını Avropadan…

Daha çox

Amerikanın düşmənləri niyə F-15E-dən qorxurlar?

Bu çox yönlü döyüş maşınıdır. …Amerikanın F-15E qırıcısı universallığına və güclü silahlarına görə dünyanın ən nəhəng döyüş təyyarələrindən biri hesab olunur. 1980-ci illərdə McDonnell Douglas (indiki Boeing) tərəfindən hazırlanmış F-15E, həm havadan havaya döyüşə, həm də düşmən xəttinin dərinliklərində yerüstü hədəflərə zərbələr endirməyə qadir olan çoxməqsədli iki yerlik qırıcıdır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə National Interest yazır. Sələfi, yalnız hava üstünlüyünə yönəlmiş F-15-dən fərqli olaraq, F-15E hava döyüşü aparmaq qabiliyyətini qoruyaraq strateji zərbələr və hava dəstəyi üçün nəzərdə tutulub. …Təyyarə iki Pratt & Whitney F-100-PW-229…

Daha çox

İnsanlar 125 ilə qədər yaşaya biləcəkmi? Deyirəm,.. bəlkə 300 il?

Alimlər insanların 125 yaşa qədər yaşaya biləcəyi təxmini dövrün adını açıqlayıblar …Bu suallara cavablar bir neçə elmi araşdırma ilə təmin edilir və bunların heç də hamısı ürəkaçan deyil, çünki elm adamları iki düşərgəyə bölünür: optimistlər və pessimistlər. SİA bu barədə xarici qaynaqlara istinad edir. İki əsrdə hər şey necə dəyişdi Əgər 19-cu əsrdə dünyada orta ömür uzunluğu 40 ildən çox deyildisə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2015-ci ildə doğulanları orta hesabla 71,4 il ömür gözləyə bilərdi. Qadınlar, bir qayda olaraq, kişilərdən 4 il daha…

Daha çox

2002-ci ildən bəri Türkiyəyə 13 mindən çox sənət əsəri qaytarılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin tarixi irsinin qorunması məsələsində qətiyyətli olduğunu bəyan edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyə dövlətinin lideri avqustun 6-da Ankarada keçirilən “Arxeologiyanın qızıl dövrü” adlı beynəlxalq arxeoloji simpozium və sərginin açılışında çıxış edib. Onun sözlərinə görə, 2002-ci ildən bu günə qədər Türkiyə hakimiyyəti ölkədən qeyri-qanuni yolla çıxarılan ümumilikdə 13 min 291 sənət əsərinin geri qaytarılmasına nail olub. Dövlət başçısı Anadolunun mədəni irsinin zənginliyinə diqqət çəkərək, cənub-şərq Şanlıurfa vilayətinin ərazisində Misir piramidaları və Britaniya Stounhencindən xeyli qədim, 12 min ildən çox yaşı olan ən…

Daha çox

“Apple” şirkəti ABŞ-a 100 milyard dollar əlavə sərmayə yatıracaq

“Apple” şirkəti ABŞ-a 100 milyard dollar əlavə sərmayə yatıracağını açıqlamaq niyyətindədir. SİA-nın məlumatına görə, bu barədə Ağ evdən məlumat verilib. Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp və “Apple” şirkətinin baş direktoru Tim Kuk bununla bağlı bu gün birlikdə bəyanat verəcəklər. Ağ ev rəsmisinin sözlərinə görə, yeni sərmayə “Apple” şirkətinin ABŞ istehsalı üçün öhdəliyini növbəti dörd il ərzində 600 milyard dollara qədər artıracaq. Bu, həm də şirkətin tariflərdən yayınması üçün atılan addım kimi dəyərləndirilir.

Daha çox

Qananın müdafiə naziri helikopter qəzasında həlak olub…

Qananın müdafiə naziri Edvard Oman Boamah hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Boamadan başqa helikopterdə ətraf mühit, elm, texnologiya və innovasiyalar naziri İbrahim Murtala Məhəmməd, keçmiş qida naziri Samuel Sarponq, parlamentə keçmiş namizəd Samuel Aboaqye, milli təhlükəsizlik üzrə koordinator müavini Alhaji Muniru Məhəmməd və üç ekipaj üzvü olub. SİA-nın məlumatına görə, onların heç biri sağ qalmayıb. Qəza Aşanti bölgəsində baş verib. Z-9 helikopteri mədənçilik üzrə foruma gedirdi, lakin bir anda radardan itib. Qəzanın səbəbləri araşdırılır. Qana prezidenti Con Dramani Mahama həlak olanların yaxınlarına başsağlığı verib. Əli Babayev

Daha çox