Serbiya və ABŞ rəsmiləri iki ölkə arasında strateji dialoqun tezliklə başlanması barədə razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə Vaşinqtonda səfərdə olan Serbiyanın xarici işlər naziri Marko Curiçlə ABŞ Dövlət katibi Marko Rubionun görüşündə razılıq əldə olunub.
Marko Curiç bu səfəri Serbiyanın ABŞ administrasiyası ilə yeni strateji mövqe tutması üçün mühüm fürsət kimi qiymətləndirib.
“Bu, iki ölkə arasında münasibətləri əvvəlki dövrlərdə olmayan səviyyəyə yüksəldəcək. Hesab edirəm ki, qarşıdakı həftələrdə və aylarda biz daha çox nəticənin və daha konkret addımların şahidi olacağıq. Serbiya ABŞ-ın yeni administrasiyası ilə əlaqələri genişləndirmək niyyətindədir. Biz Serbiya-ABŞ münasibətlərində yeni səhifə açmaq fürsətini əldən verməməliyik. Birləşmiş Ştatlar Prezidenti də Serbiya ilə münasibətlərin yaxşılaşdırılması istədiyi barədə şəxsi mövqeyinin həm də ABŞ administrasiyasının mövqeyi olduğunu açıq şəkildə çatdırıb”, – deyə nazir qeyd edib.