İran Azərbaycanın iki hissəsini Ermənistandan keçərək Rusiya ilə və ya Rusiyasız birləşdirəcək “Tramp körpüsünü” bağlayacağına söz verib. SİA-nın məlumatına görə, Entekhab xəbər verir ki, bunu Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib. Onun sözlərinə görə, ABŞ-ın dəstəklədiyi və “Tramp körpüsü” ləqəbi ilə tanınan Zəngəzur dəhlizi ilə nəqliyyat kommunikasiyaları layihəsi “sui-qəsddir” və Ermənistanı parçalamağa yönəlib. İranlı müşavir onu da qeyd edib ki, o, “erməni xalqının qəti müqaviməti ilə üzləşir”. Vilayəti həmçinin bildirib ki, ABŞ layihəsi “Trampın muzdluları üçün qəbiristanlığa” çevriləcək. Onun sözlərinə görə, İran Rusiya ilə də, Rusiyasız…
Daha çoxDay: August 9, 2025
Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın növbəti parlaq qələbəsidir
Bu gün Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Bu statusunu gündən-günə daha da genişləndirən Azərbaycanın ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Qarşılıqlı etimada böyük önəm verən Azərbaycan dövləti xarici siyasətinin dəyişməz prinsipləri ilə daim dünyanın diqqətindədir. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında bərabərhüquqlu münasibətlər qurur. Tarixi səfər: ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir Bu baxımdan Prezident İlham…
Daha çoxÇin, Putinin Trampın ultimatumundan yan keçdiyini deyir…
Çin Donald Trampın ultimatumuna cavab olaraq Vladimir Putinin gözlənilməz addımını görüb. SİA-nın məlumatına görə, Sohu analitikləri hesab edirlər ki, Rusiya prezidenti amerikalı həmkarı ilə görüşə razılıq verməklə ona bir növ “sürpriz” edib, indiki geosiyasi vəziyyətdə atipik reaksiya nümayiş etdirir. Nəşr qeyd edir ki, son həftələrdə Donald Tramp Rusiyanın əsas ticarət tərəfdaşlarına, o cümlədən Çin və Hindistana qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi təhlükəsini dəfələrlə bəyan edib. ABŞ administrasiyasının məqsədi bu ölkələri Rusiya neftini almaqdan imtina etməyə məcbur etmək və nəticədə Moskvanı gəlirlərinin əhəmiyyətli bir hissəsindən məhrum etmək idi. Lakin bu strategiya…
Daha çoxBolqarıstan mətbuatı tarixi sülh sazişini geniş işıqlandırıb…
Bolqarıstanın aparıcı media qurumları ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda imzalanan tarixi sülh sazişini geniş işıqlandırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bolqarıstan milli radiosu (BNR) Ağ Evdə keçirilən üçtərəfli görüşdə liderlərin uzunmüddətli sülhün bərqərar olması barədə razılığa gəldiklərini yazıb. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Donald Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsi təşəbbüsünü də elan etdikləri qeyd olunub. Xəbərdə vurğulanıb ki, saziş Naxçıvana birbaşa tranzit yolunun yaradılmasını da nəzərdə tutur. NOVA televiziya kanalı bildirir…
Daha çoxUkraynalı qadın valideynləri ilə yazışdığı üçün Rusiyaya buraxılmayıb
Xüsusi hərbi əməliyyat (SMO) başlayandan messencer vasitəsilə valideynləri ilə rus dilində əlaqə saxladığı üçün Ukrayna vətəndaşının Rusiyaya girişinə icazə verilməyib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu, RİA Novosti-nin sərəncamında olan iş materiallarından görünür. Sənədlərdə göstərildiyi kimi, qadın 2018-ci ildən Rusiyada yaşayırmış – onun yaşayış icazəsi və daimi qeydiyyatı olub, həm də Rusiya vətəndaşı ilə nikahda olub. Ukraynalı qadın Əbu-Dabidən qayıdarkən sərhəd xidmətinin əməkdaşları onunla maraqlanıblar. Onlar onun mobil telefonunu yoxlayıblar və müəyyən ediblər ki, 2020-ci ilin əvvəlindən ukraynalı qadın valideynləri ilə rus dilində yazışıb və xüsusi hərbi əməliyyat…
Daha çoxAvropaya səyahət edən britaniyalılar üçün sərt qaydalar qüvvəyə minir
Bu ilin payızından etibarən Avropa İttifaqı (Aİ) ölkələrinə səyahət edən Böyük Britaniya vətəndaşları sərhəddə tibbi sığortaya və geri dönüş biletlərinə sahib olduqlarını sübut etməli ola bilərlər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, oktyabrın 12-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, Aİ sərhədini keçmək üçün Britaniya vətəndaşlarının barmaq izləri və üzlərinin biometrik skan edilməsi tələb olunacaq. Yeni sistemə görə, Aİ-yə daxil olan qeyri-üzv ölkə vətəndaşlarının pasportlarına vurulan giriş-çıxış möhürləri biometrik yoxlamalarla əvəz olunacaq. Qaydaların tətbiqi altı ay ərzində mərhələli şəkildə həyata keçiriləcək və 2026-cı ilin aprelində tam qüvvəyə minəcək. Biometrik məlumat…
Daha çoxAzərbaycan Prezidenti ABŞ-yə səfərinin nəticələrindən məmnundur
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-yə işgüzar səfərinin yekunlarından məmnun olduğunu bildirib. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində deyib. Onun sözlərinə görə, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş çox səmimi, dostluq şəraitində keçib. “Bu, mənim Prezident Trampla ilk görüşümdür və görüş çox səmimi atmosferdə keçdi. Onun Azərbaycanla bağlı bildikləri məni çox təəccübləndirdi”, – Prezident İlham Əliyev əlavə edib.
Daha çoxErmənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar
Konstitusiyada Ermənistanın nə vaxt dəyişiklik edəcəyi barədə heç nə deyə bilmərəm, belə ki, bu həmin ölkənin öz işidir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, amma bu hadisə nə qədər tez baş versə, bir o qədər yaxşı olar və Ermənistanın Konstitusiyasında Azərbaycan torpaqlarına qarşı iddia aradan qaldırılar: “Sülh sazişi mətninin ABŞ-də paraflanması deməyə əsas verir ki, bu hadisə baş verəcək, əks halda bu ABŞ-yə qarşı hörmətsizlik olar”.
Daha çoxRusiyanın mövqeyində heç bir dəyişiklik yoxdur…
…Ukrayna Rusiyanın mövqeyində heç bir dəyişiklik görmür. Moskva Ukrayna ərazilərinin heç bir zəmanət olmadan “mübadilə” ideyasını irəli sürür. SİA-nın məlumatına görə, müvafiq bəyanatı Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da Danimarkanın baş naziri Mette Frederiksenlə söhbətindən sonra verib. Zelenski qeyd edib ki, diplomatiya bu günlərdə son dərəcə aktivdir. Bununla belə, Rusiyanın mövqeyində heç bir dəyişiklik yoxdur. …Ruslar da qətlləri dayandırmaq istəmirlər, onlar həm də müharibəyə sərmayə qoyurlar və eyni zamanda Ukrayna ərazisini Ukrayna ərazisi ilə “mübadilə etmək” ideyasını irəli sürürlər ki, bu da rusların müharibəni bərpa etməsi üçün daha əlverişli mövqelərdən başqa…
Daha çoxBayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi
Biz vaxt itirmək istəmirik, onsuz da əvvəlki administrasiya dövründə – bu dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib. “Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Daha çox