Priqojinin kürəkəni Ukraynadakı müharibədə öldürülüb

Rusiyalı prodüserin kürəkəni 2023-cü ilin noyabrında cəbhəyə gəlib və iki ay sonra əlaqəni kəsib… Rusiyalı prodüser İosif Priqojinin qızı Danayanın əri Yevgeni Tkaçenkonun öldüyü bildirilib. SİA-nın məlumatına görə, bunu Priqojinin özü xəbər verir. …Bəli, məhkəmə qərarı var, təəssüf ki, bu doğrudur. Bu ilin fevral ayında Priqojinin qızı ərinin müharibədə itkin düşməsindən danışmışdı. Danaya və Tkaçenkonun toyu 2022-ci ildə baş tutub və cütlüyün yayda bir oğlu olub. Priqojin bildirib ki, kürəkəni qismən səfərbərlik elan edildikdən sonra çağırış vərəqəsi alıb – həmin vaxt gəncin 25 yaşı olub.…

Daha çox

Fransada müsəlman hüquqları uğrunda yeni hüquqi mübarizə

Fransada tanınmış Əlcəzair mənşəli fransız hüquqşünas, Nim (Nîmes) şəhərinin vəkillər kollegiyasının keçmiş sədri, vəkil Xədicə Audia nifrət və ayrı-seçkiliyə təhrik ittihamı ilə daxili işlər naziri Brüno Rötayoya qarşı Fransa Respublikasının Ədalət Məhkəməsinə rəsmi şikayət verib. Bu addım, Fransa ilə Əlcəzair arasında gərginləşən münasibətlər fonunda atılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Xədicə Audia şikayəti adı açıqlanmayan, Nimdə yerləşən assosiasiya adından irəli sürdüyünü bildirib. Fransa mətbuatına görə, bu assosiasiya müsəlman hüquqlarını müdafiə edən və ya Fransadakı müsəlman icması ilə bağlı fəaliyyət göstərən qurumdur. “Zorakılığa yol açmamaq üçün yeganə çıxış yolu…

Daha çox

ABŞ-ın strateji bombardmançı təyyarəsi Norveçə gəlib

NATO birgə təlimlər keçirir ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-1B strateji bombardmançı təyyarəsi Norveçdəki Ørland aviabazasına çatıb. Məqsəd birlikdə məşq etmək və artan təhlükələr qarşısında ABŞ təyyarə heyətləri ilə NATO müttəfiqləri arasında koordinasiyanı yaxşılaşdırmaqdır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The National Interest yazır. 345-ci Bomba Eskadrilyasının komandiri, polkovnik-leytenant Erik Alvaresin sözlərinə görə, bu cür missiyalar “döyüş şəraitində – müttəfiqlərlə sıx əməkdaşlıq edərək, qarşılıqlı etimadı və hazırlığı gücləndirməklə qarşılıqlı fəaliyyət göstərməyə” imkan verir. …B-1B Lancer Soyuq Müharibənin məhsuludur, lakin ABŞ-ın əsas ağır səsdən sürətli…

Daha çox

Alyaskalılar Putinin səfərinə etiraz ediblər…

Tədbir “Alyaska Ukrayna ilə” şüarı altında keçiriləcək… …Alyaskanın ən böyük şəhəri Ankorijdə ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında mümkün görüşlə bağlı etirazlar hazırlanır. SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, “Stand Up Alyaska” siyasi təşkilatı tədbiri sammitdən bir gün əvvəl, cümə axşamı, avqustun 14-nə təyin edib. Tədbir “Alyaska Ukrayna ilə” şüarı altında keçiriləcək. …Qubernatorun razılığı ilə Prezident Donald Tramp Vladimir Putini dəvət etdi. Biz həm Trampa, həm də Putinə aydın mesaj göndərmək üçün toplaşırıq: Alyaska avtoritarizmə qarşı qətiyyətlə dayanır. Bu, təşkilatçıların vebsaytında…

Daha çox

Türkiyə və Gürcüstan prezidentləri Ankarada danışıqlar aparırlar

Avqustun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə Ankaradakı Prezident Kompleksində danışıqlar aparıb. SIA xəbər verir ki, Türkiyə dövlətinin başçısı ali qonağı “Beştəpə” Prezident Kompleksinin divarları önündə qarşılayıb. Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Ərdoğan və Kavelaşvili iki ölkənin nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər. Danışıqlardan sonra birgə mətbuat konfransı gözlənilib. Prezident M.Kavelaşvilinin ikigünlük rəsmi səfəri Türkiyə Prezidentinin dəvəti ilə təşkil olunub.

Daha çox