Hər bir xalq üçün öz taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin canı, qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Zəfərə gedən yolun başlanğıc günü Böyük Zəfərimizə gedən yolun başlanğıc günü, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Anım Günü kimi əbədiləşən 2020-ci ilin 27 sentyabr tarixindən beş il keçir. 44 gün…
Daha çoxDay: September 26, 2025
Gürcüstan hökuməti Almaniya səfirinin xahişini rədd edib
Almaniya Federativ Respublikasının Tbilisidəki səfiri Peter Fişer Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Levan Jorjoliani ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Gürcüstan Hökuməti Administrasiyası məlumat yayıb. Görüşdə iki ölkə arasında münasibətlərin son dinamikası müzakirə olunub. Qeyd olunub ki, Gürcüstan hökuməti ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən razı deyil və vəziyyətin dəyişəcəyinə ümid edir. Müzakirə zamanı diplomatın Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılması məsələsinə toxunulub. Bildirilib ki, bu tədbir müvafiq ilkin şərtlərə əsaslanıb. L.Jorjoliani Gürcüstan hökumətinin tərəfdaş ölkələrlə əlaqələrə böyük əhəmiyyət verdiyini və diplomatik nümayəndələrin fəaliyyətinin qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq prinsiplərinə uyğun olaraq bundan…
Daha çoxPrezident BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edir
Sentyabrın 25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində əsas müzakirələr keçirilir. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev müzakirələrdə çıxış edir.
Daha çoxUkrayna Rusiya ilə müharibədə qalib gələcəkmi?
ABŞ-ın ritorikası mühüm rol oynayır… …Aylarla Kiyevi sülh sazişi üzrə danışıqlara razı salmağa çalışdıqdan sonra ABŞ prezidenti Donald Tramp öz tonunu dəyişdi, indi o Rusiya iqtisadiyyatının zəifliyini etiraf etdi və Ukraynanın itirilmiş əraziləri geri almaq şansını vurğuladı. SİA-nın məlumatına görə, National Security Journal yazır. Ekspertlər qeyd edirlər ki, bu cür sözlər həm Rusiya, həm də Ukrayna hərbçilərinin mənəviyyatına təsir edə bilər. Ordular qələbə perspektivini görəndə döyüşə davam edir; əks halda uzun sürən döyüşlər əsgərləri ruhdan salacaq. Əgər Rusiya bu ritorikaya ciddi yanaşarsa, bu, Kremlin həm ölkə daxilində,…
Daha çoxATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi…
1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı qeyd edib: “Onun (Minsk qrupu – red.) həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.
Daha çoxPutin sülh istəmir; Ukrayna özünü müdafiə üçün lazım olan hər şeyi alacaq…
Avropa artıq ölkənin müdafiə və iqtisadiyyatına 175 milyard sərmayə qoyub. …Avropa İttifaqı Ukraynanı hərbi və iqtisadi resurslarla dəstəkləməyə davam edəcək. Avropa artıq ölkənin müdafiə və iqtisadiyyatına 175 milyard sərmayə qoyub. SİA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen CNN telekanalına müsahibəsində bildirib. …Biz qətiyyətlə Ukraynanın yanında olacağıq. Bu həm də ölkənin müdafiəsi üçün lazım olan hərbi imkanları təmin etmək deməkdir, – fon der Leyen deyib. Ukraynanın mübarizəsi və Avropa İttifaqının mövqeyi… Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Ukrayna təkcə müstəqillik və suverenlik…
Daha çoxİşğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.
2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib. “Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Daha çoxErmənistanla danışıqlar ikitərəfli əsasda aparıldığına görə…
…müsbət nəticələr verdi Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. SİA xəbər verir ki, dövlətimizin başçısı deyib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.
Daha çoxPolşada əcnəbi nəqliyyat vasitəsi sahiblərinə qoyulan tələb…
…Polşada yaşayan əcnəbilərdən nəqliyyat vasitələrini bu ölkədə qeydiyyatdan keçirmələri tələb olunacaq. Bu, İnfrastruktur Nazirliyinin təşəbbüsü ilə hazırlanmış qanun layihəsindən irəli gəlir. SİA-nın məlumatına görə, bunu Most qeyd edib. Sənəd iki yenilik təklif edir. Birincisi, xarici dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi ildə 185 gündən çox Polşada olarsa, 185 günlük tələbi yerinə yetirdikdən sonra 30 gün ərzində avtomobili Polşada qeydiyyata almalıdırlar. İkincisi, 185 günlük tələb yerinə yetirilməsə belə, xarici dövlət nömrə nişanlı nəqliyyat vasitəsi sərhədi keçdiyi tarixdən bir ildən artıq müddət ərzində Polşadadırsa, o da Polşada qeydiyyata alınmalıdır. Əks halda, o,…
Daha çox