Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar su basmış ərazilərdən sular çəkilir. Bu barədə SİA-ya FHN-dən bildirilib.
“Əməkdaşlar yaşayış evlərindən və digər su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işlərini davam etdirirlər. Bununla yanaşı, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir”, – məlumatda qeyd olunub.