“Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı” mövzusunda tədbir keçirilib


Aprelin 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarix Yerlər Gününə həsr olunmuş “Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində “Mədəni irsimiz: dünən bu gün. Qarabağ abidələri” mövzusunda fotosərgi ilə tanış oldular.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Mərkəzin baş fon mühafizi Nigar Həsənova açaraq Azərbaycan xalqının zəngin tarix-mədəni irsini qorumasının və təbliğinin əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərindən bəhs edib.

Sonra Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru dosent Sübhan Talıblı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru dosent Rizvan Qarabağlı, Tahir Salahovun ev-muzeyinin direktoru Səadət Mirzəyeva çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği və Azərbaycanın zəngin mədəni irsinin qorunması məqsədilə paytaxt Bakıda və bölgələrdə yerləşən onlarla tarix-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma sahəsində aparılan işlərdən söhbət açılıb.

Sonra “Qədim Azərbaycan abidələri” adlı videoçarx nümayiş olunub.

Əlaqəli Xəbərlər