Azərbaycanın tarixi abidələri xalqımızın minilliklər boyu formalaşan mədəniyyəti, milli kimliyi və mənəvi dəyərlərinin canlı şahidləridir. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur: “Bu abidələr və tarixi yerlər keçmişin yadigarı olmaqla yanaşı, gələcəyə uzanan böyük bir yolda ən mühüm bağlantıdır. Vətənimizin tarixini əks etdirən, xalqımızın kimliyini gələcək nəsillərə miras qoyan mədəni irsimizi qorumaq hər birimizin borcudur”.