Mayın 19-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.32% – 42,792.07 bəndədək, S&P 500 indeksi 0.09% – 5,963.60 bəndədək, Nasdaq indeksi isə 0.02% – 19,215.46 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 19-də FTSE 100 indeksi 0.17% – 8,699.31 bəndədək, Almaniyanın DAX indeksi 0.70% – 23,934.98 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.04% – 7,883.63bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.02% artaraq 1.1242 dollar təşkil edib.