…İsrail Qəzza zolağına zərbələr endirdiyi və fələstinlilərə humanitar yardımın qarşısını kəsdiyi üçün Qərbdəki müttəfiqlərini sürətlə itirir.
SİA-nın məlumatına görə, bu barədə Axios məlumat yayıb. Nəşr vurğulayır ki, İsrailin mümkün təcrid olunması artıq adi siyasi ritorika deyil.
Baş nazir Netanyahu Qərbdəki dostlarını itirir və getdikcə daha çox ölkəni Qərbi Qüdsdəki hərbi əməliyyatlara qarşı çıxmağa çağırır.
…İsrailin bir çox beynəlxalq müttəfiqləri Netanyahu hökumətinə Qəzzaya amansız zərbələr endirməsi və humanitar yardıma ciddi ehtiyacı olan bölgəni mühasirəyə alması ilə bağlı açıq şəkildə qarşı çıxıblar.
Bunu Axios yazır.
Qeyd edək ki, bu həftə Fransa, Almaniya, Kanada, İngiltərə və Yaponiya da daxil olmaqla 22 ölkə İsraildən Qəzza zolağına təcili və tam şəkildə yardımı bərpa etməyi tələb edib. Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Mark Karni və Böyük Britaniyanın baş naziri Keir Starmer birgə bəyanatda, “Netanyahu hökuməti bu çirkin hərəkətlərə əl atsa, biz dayanmayacağıq. Əgər İsrail yenidən hərbi hücumunu dayandırmasa və humanitar yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmasa, cavab olaraq daha konkret addımlar atacağıq”, -deyib.
Qeyd edək ki, mart ayında İsrail iki aylıq atəşkəsi pozaraq, ərazini “fəth etmək” və 2,4 milyon sakini zorla köçkün etmək planını açıqlayaraq Qəzzada müharibəni bərpa edib.
Əli Babayev