Məcnun Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edib


Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, dəymiş zərərə görə sığorta ödənişləri, güzəştli şərtlərlə kredit ayrılması, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.

M. Məmmədov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Əlaqəli Xəbərlər