“Coursera” platformasından 25 minə yaxın vətəndaş istifadə edib”


Azərbaycanda indiyə qədər 25 minə yaxın vətəndaş “Coursera” platformasından istifadə edib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, ABŞ-ın “Coursera” şirkətinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşan “4Sİ Akademiyası” layihəsi bu sahədə mühüm rol oynayır.

“Proqram çərçivəsində azərbaycanlı istifadəçilərin sertifikat alma faizi ötən illə müqayisədə iki dəfə artıb”, – deyə nazir qeyd edib.

Əlaqəli Xəbərlər