Azərbaycan və Qətər qarşılıqlı investisiya qoyuluşunu müzakirə edib


Azərbaycan və Qətər arasında qarşılıqlı investisiya qoyuluşunun təşviqi müzakirə edilib. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Türkiyəyə işgüzar səfərimiz çərçivəsində Qətər İnkişaf Fondunun baş direktoru Fəhəd Həməd Al Suleyti ilə görüşməkdən məmnun olduq. Ölkəmizlə iqtisadi əməkdaşlıq istiqamətləri, biznes əlaqələrinin gücləndirilməsi, enerji, ticarət və investisiyalar sahəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikirlərimizi bölüşdük”, – M. Cabbarov qeyd edib.

Əlaqəli Xəbərlər