Qlobal əmtəə bazarlarında neft cüzi ucuzlaşıb. SİA xəbər verir ki, Nymex birjasında sentyabr ayı üzrə WTI markalı neftin qiyməti 0,14 dollar və ya 0,21% azalaraq bir barel üçün 67,19 ABŞ dolları təşkil edib.
Oktyabr ayı üzrə Brent (ICE) markalı neftin qiyməti isə 0,20 dollar və ya 0,29% azalaraq 69,47 ABŞ dollarına enib.
Qiymət azalmaları əsasən ABŞ-da yeni idxal tariflərinin tətbiqi ilə bağlı iqtisadi qeyri-müəyyənliyin artması və qlobal tələbat perspektivlərinə dair ehtiyatlı gözləntilərlə izah olunur. İnvestorlar Federal Ehtiyat Sisteminin (FED) növbəti addımlarını gözlədiyi bir vaxtda enerji bazarlarında volatillik müşahidə olunur.