Gürcüstanda 7 il axtarışda olan oğru həbs olunub


Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 7 ildir oğurluq cinayətinə görə axtarışda olan şəxsi saxlayıb.

SİA xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilir ki, Sameqrelo-Zemo Svaneti bölgəsində polis 2018-ci ildən axtarışda olan 41 yaşlı kişini saxlayıb.

İstintaqın məlumatına görə, əvvəllər ağır cinayətlərə görə məhkum olunmuş şəxs hazırda oğurluq etdiyinə görə axtarışda olub. Təqsirləndirilən şəxs artıq həbsxanaya aparılıb və o, Gürcüstan məhkəməsinin qiyabi hökmü ilə cəzasını çəkəcək.

Qeyd edək ki, son bir həftə ərzində Gürcüstanda polisin keçmiş cinayətlərə görə axtarışda olan şəxsləri saxlaması ilk dəfə deyil.

Kvemo Kartli bölgəsində məişət zorakılığı və ailə üzvlərinə qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən şəxs saxlanılıb, Tbilisidə isə polis 2019-cu ildə törədilən qətlə görə 2021-ci ildən axtarışda olan şəxsi həbs etməyə nail olub. Bundan başqa, bu günlərdə 21 il axtarışda olan şəxs də tutularaq istintaqa cəlb olunub.

Əlaqəli Xəbərlər