Azərbaycanda əhalinin sayının artımı ilə bağlı dövlət proqramının qəbul olunması təklif edilir

Demoqrafiq artımla əlaqəli dövlət proqramının qəbul olunması müzakirə edilməli və bununla bağlı hökumətə təkliflər verilməlidir. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edib. O qeyd edib ki, çoxuşaqlı ailə anlayışına da baxılması vacibdir.

Daha çox

Maliyyə Nazirliyi təşkilatlara müraciət edib

Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən təşkilatlara müraciət edib. SİA-nın məlumatına görə, müraciətdə deyilir ki, dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” qanunun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə nazirliyə təqdim edirlər. Qanunun 12.3-cü və 12-1.9-cu…

Daha çox

“Xarici qüvvələr onlardan alət kimi istifadə edir”

“Ermənistanın pozucu hərəkətləri sistemli xarakter alıb. Biz görürük ki, rəsmi İrəvan qətiyyən sülh barədə düşünmür. Düzdür, Ermənistan sülh haqqında çox danışır, amma kənarda onun ziddinə işləyir”. Bunu SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Ermənistan bir tərəfdən dedi ki, onlar sülhə tam hazırdırlar, digər tərəfdən isə dedilər ki, Azərbaycan sülhü istəmir, halbuki sülhün gündəliyini Azərbaycan tərtib edib: “Prezident İlham Əliyev beş baza prinsip paketini Ermənistana göndərib. Ermənistan demaqogiya və manipulyasiya ilə məşğuldur. Martın 31-də Ermənistanın nümayəndə heyəti İsveçrədə Xarici İşlər Nazirliyinin xətti ilə görüşlər keçirdi. Onlar yenidən Azərbaycanın…

Daha çox

Onlarla miqrant Polşaya Belarusla sərhəddəki hasardan keçib…

…Polşanın daxili işlər və administrasiya nazirinin mətbuat katibi Yaçek Dobrzinski ötən gün, son vaxtlar Belarusdan Polşaya daxil olmağa çalışan qeyri-qanuni miqrantların sayının artdığını bildirib. …Dünən (aprelnn- 5-də-A.B.) 22 nəfərlik qrup texniki maneəni zədələyərək Polşaya daxil olub. Yeni olan odur ki, 5 nəfər Belarus tərəfdə qalıb və Polşa patrullarına daş ataraq, eyni zamanda sərhədin qanunsuz keçməsini lentə alıblar. Mümkündür ki, Belarus təbliğatının aparılması və dövlətin bu prosesin təşkilatçıları tərəfindən asanlıqla bizim sərhədi keçməkdən istifadə etməsi mümkündür. SİA-nın məlumatına görə, bunu polşalı səlahiyyətli sosial şəbəkədəki səhifəsində yazıb. …Lakin reallıqda videomüşahidə görüntülərindən də…

Daha çox

Uşaq arabası alarkən nələrə diqqət etməliyik?

Uşaq arabası seçərkən nələrə diqqət etməli sualı bütün valideynləri maraqlandıran mövzudur. Uşaq arabası, körpə doğulmazdan əvvəl hazırlıqların ilk mərhələsində tamamlanması tövsiyə olunan bir ehtiyacdır. Körpələrin evdən kənarda rahat yatması və dincəlməsi üçün tövsiyə edilən uşaq arabaları ailələrin ən böyük köməkçiləridir. Uşaq arabaları tövsiyə edilərkən hər büdcəyə və hər gözləntiyə cavab verən modellər tövsiyə edilir. Yüzlərlə modeli və fərqli etiketli uşaq arabası markaları ailələrə uzun ömürlü modellər təqdim edir. SİA mövzu ilə bağlı araşdırma aparıb. Ən məşhur modellər uşaq arabası olan səyahət sistemi avtomobilləridir. Bu tip uşaq arabaları doğumdan sonra orta…

Daha çox

“Dərnəgül” elektrik deposunun inşasında dair son vəziyyət açıqlanıb

“Bakı metropoliteni” QSC-nin yeni inşa olunan “Dərnəgül” elektrik deposu “28 May” stansiyasında kəsişən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biridir. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hazırda həm Qırmızı, həm də Yaşıl xətlərə yalnız “Nərimanov” elektrik deposu xidmət göstərir. Lakin bu depo yalnız bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin artan tələbatını tam qarşılamır. Yeni “Dərnəgül” elektrik deposu Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126–3127-ci məhəlləsində yerləşən 16,5 hektara yaxın ərazidə inşa olunur. Sahə dəmir yolu xəttinə çıxışı da əhatə etməklə hasarlanıb. Ərazinin mürəkkəb və müxtəlif relyef xüsusiyyətləri…

Daha çox

Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən intensiv atəşə tutub. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub. Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Daha çox

Amerikalılar Tramp tariflərinə görə “Yaquar”sız qalacaqlar

…Britaniyanın avtomobil istehsalçısı Jaguar Land Rover, prezident Donald Trampın 25 faizlik rüsum tətbiq etməsindən sonra avtomobillərinin ABŞ-a çatdırılmasını dayandırır SİA-nın məlumatına görə, RBC-Ukrayna bu barədə CNN və Bloomberg-ə istinadən xəbər verir. Şirkət sözçüsü bildirib ki, Jaguar Land Rover bu ay avtomobil ixracını dayandırır, çünki o, yeni ticarət şərtlərini həll etmək yollarını axtarır. …ABŞ Jaguar Land Rover ilə lüks brendlər üçün mühüm bazardır. O, CNN-ə bildirib ki, biznes tərəfdaşlarımızla yeni ticarət şərtləri üzərində işləyib orta və uzunmüddətli planlarımızı hazırlayarkən, aprel ayında daşımaların dayandırılması da daxil olmaqla, qısamüddətli tədbirlər görürük. Hindistanın Tata…

Daha çox

“Əgər ailəsini kariyerasına qurban verirsə,…”

“Kariyera məsələsini bizim cəmiyyətə gətirib sırıyandan sonra qadınların işləmək uğruna ailə qurmaqdan imtina etməsi, övladına baxmaq, süd vermək istəməməsi və s. bu kimi problemlərin əsasını qoydular”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib. Onun sözlərinə görə, qadın indi fikirləşir ki, ailə qursa, bugünə qədər təhsilinə qoyduğu kapital batacaq: “Başı ailəyə qarışacaq, ondan sonra dalbadal uşaqlar dünyaya gələcək, planları suya düşəcək, təhsilinə qoyduğu kapitalı geri qazana bilməyəcək, təhsilinə verdiyi enerjini itirmiş olacaq, kariyerası alınmayacaq. Bir sözlə, elə düşünür ki, həyatı məhv olacaq. Çünki kariyerası olmayan qadınları müəyyən qlobal qüvvələr, qeyri-rəsmi…

Daha çox

Metronun “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunel tikiləcək

“Bakı Metropoliteni” QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib. “Bu ildən metroda həmin xətlərin ayrılması nəzərdə tutulur. Bu da hər bir xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Həmçinin sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə keçid də tikiləcək”, – deyə o qeyd edib. Bundan başqa, metropoliten rəsmisi deyib ki,…

Daha çox