Uşaq arabası alarkən nələrə diqqət etməliyik?

Uşaq arabası seçərkən nələrə diqqət etməli sualı bütün valideynləri maraqlandıran mövzudur. Uşaq arabası, körpə doğulmazdan əvvəl hazırlıqların ilk mərhələsində tamamlanması tövsiyə olunan bir ehtiyacdır. Körpələrin evdən kənarda rahat yatması və dincəlməsi üçün tövsiyə edilən uşaq arabaları ailələrin ən böyük köməkçiləridir. Uşaq arabaları tövsiyə edilərkən hər büdcəyə və hər gözləntiyə cavab verən modellər tövsiyə edilir. Yüzlərlə modeli və fərqli etiketli uşaq arabası markaları ailələrə uzun ömürlü modellər təqdim edir. SİA mövzu ilə bağlı araşdırma aparıb. Ən məşhur modellər uşaq arabası olan səyahət sistemi avtomobilləridir. Bu tip uşaq arabaları doğumdan sonra orta…

Daha çox

“Dərnəgül” elektrik deposunun inşasında dair son vəziyyət açıqlanıb

“Bakı metropoliteni” QSC-nin yeni inşa olunan “Dərnəgül” elektrik deposu “28 May” stansiyasında kəsişən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biridir. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hazırda həm Qırmızı, həm də Yaşıl xətlərə yalnız “Nərimanov” elektrik deposu xidmət göstərir. Lakin bu depo yalnız bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin artan tələbatını tam qarşılamır. Yeni “Dərnəgül” elektrik deposu Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126–3127-ci məhəlləsində yerləşən 16,5 hektara yaxın ərazidə inşa olunur. Sahə dəmir yolu xəttinə çıxışı da əhatə etməklə hasarlanıb. Ərazinin mürəkkəb və müxtəlif relyef xüsusiyyətləri…

Daha çox

Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən intensiv atəşə tutub. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub. Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Daha çox

Amerikalılar Tramp tariflərinə görə “Yaquar”sız qalacaqlar

…Britaniyanın avtomobil istehsalçısı Jaguar Land Rover, prezident Donald Trampın 25 faizlik rüsum tətbiq etməsindən sonra avtomobillərinin ABŞ-a çatdırılmasını dayandırır SİA-nın məlumatına görə, RBC-Ukrayna bu barədə CNN və Bloomberg-ə istinadən xəbər verir. Şirkət sözçüsü bildirib ki, Jaguar Land Rover bu ay avtomobil ixracını dayandırır, çünki o, yeni ticarət şərtlərini həll etmək yollarını axtarır. …ABŞ Jaguar Land Rover ilə lüks brendlər üçün mühüm bazardır. O, CNN-ə bildirib ki, biznes tərəfdaşlarımızla yeni ticarət şərtləri üzərində işləyib orta və uzunmüddətli planlarımızı hazırlayarkən, aprel ayında daşımaların dayandırılması da daxil olmaqla, qısamüddətli tədbirlər görürük. Hindistanın Tata…

Daha çox

“Əgər ailəsini kariyerasına qurban verirsə,…”

“Kariyera məsələsini bizim cəmiyyətə gətirib sırıyandan sonra qadınların işləmək uğruna ailə qurmaqdan imtina etməsi, övladına baxmaq, süd vermək istəməməsi və s. bu kimi problemlərin əsasını qoydular”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib. Onun sözlərinə görə, qadın indi fikirləşir ki, ailə qursa, bugünə qədər təhsilinə qoyduğu kapital batacaq: “Başı ailəyə qarışacaq, ondan sonra dalbadal uşaqlar dünyaya gələcək, planları suya düşəcək, təhsilinə qoyduğu kapitalı geri qazana bilməyəcək, təhsilinə verdiyi enerjini itirmiş olacaq, kariyerası alınmayacaq. Bir sözlə, elə düşünür ki, həyatı məhv olacaq. Çünki kariyerası olmayan qadınları müəyyən qlobal qüvvələr, qeyri-rəsmi…

Daha çox

Metronun “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunel tikiləcək

“Bakı Metropoliteni” QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib. “Bu ildən metroda həmin xətlərin ayrılması nəzərdə tutulur. Bu da hər bir xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Həmçinin sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə keçid də tikiləcək”, – deyə o qeyd edib. Bundan başqa, metropoliten rəsmisi deyib ki,…

Daha çox

İsrail Azərbaycanı təbrik edib

İsrail səfirliyi Azərbaycanı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib. Bildirilib ki, İsrail-Azərbaycan münasibətləri üç onillikdə möhkəm təməl üzərində qurulub: “Enerji sahəsindən tutmuş innovasiyalara qədər bu tərəfdaşlıq zaman keçdikcə daha da güclənir”.

Daha çox

Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb

Serbiyada yeni hökuməti formalaşdırmaq professor Duro Macuta tapşırılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ictimaiyyətə müraciətində deyib. Dövlət başçısı bildirib ki, yeni hökumət cümə gününə qədər formalaşdırılacaq. “Ölkənin regional siyasətlə bağlı bütün təzyiqlərə qarşı çıxdığı, Avropa İttifaqına üzvlük yolunun sürətləndiyi və ABŞ-ın yeni tarifləri fonunda yeni hökumətin qarşısında çətin vəzifələr durur. Eyni zamanda, ənənəvi dostlarla münasibətlərin qorunub saxlanması, həm xarici, həm də daxili investisiyaların səviyyəsini bərpa etmək kimi məsələlər hökumətin əsas vəzifələrindəndir”, – deyə Aleksandar Vuçiç vurğulayıb. Qeyd edək ki, professor Duro Macut Serbiya…

Daha çox

DSMF sədri vətəndaş qəbulu keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Fondun Qəbul Mərkəzində Bakıda, eləcə də regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bi barədə DSMF məlumat yayıb. Bildirilib ki, qəbul zamanı vətəndaşlar pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciət ediblər. Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.

Daha çox

Bakı metrosu yaxın 5 ildə 300 yeni vaqon alacaq

“Bakı Metropoliteni” QSC 2030-cu ilə qədər 300 yeni vaqon almağı planlaşdırır. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib. “Vaqonların hansı ölkədən alınacağı hələ ki, məlum deyil. Hazırda danışıqlar gedir. Avropa ölkələrindən biri ilə razılıq əldə edildikdən sonra vaqonlar alınacaq”, – deyə o qeyd edib.

Daha çox