Gürcüstan Prezidenti ilə Milli Məclisdə görüş keçirilib

Azərbaycana rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da Milli Məclisdə olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Gürcüstan Prezidenti əvvəlcə parlamentin plenar iclas zalında olub. Sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib. Parlamentin sədri Sahibə Qafarova Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycana etməsini xalqlarımız arasında dostluğun, qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib. Bildirib ki, bu, eyni…

Daha çox

Dünyanın ən yaxşı səyahət istiqamətləri açıqlanıb

London “The Travellers’ Choice Awards Best of the Best” tərəfindən dünyanın ən yaxşı səyahət məkanı seçilib. Top Tripadvisor səyahət planlaşdırma xidməti veb saytında səyahətçi rəyləri əsasında tərtib edilmişdir. SİA-nın məlumatına görə, Böyük Britaniyanın paytaxtı tarixi görməli yerləri və inanılmaz ab-havası sayəsində lider olub. Reytinqdə ikinci yeri İndoneziyanın Bali adası, üçüncü yeri isə Dubay tutub. İlk onluğa Siciliya, Paris, Roma, Hanoy, Mərakeş, Krit, Banqkok və Hoi An daxil olub. Tripadvisor daha əvvəl ən yaxşı otelləri adlandırıb, Braziliyada Hotel Colline de France liderlik edir, Maldiv adalarında Oblu Select Lobigili və Vyetnamda La…

Daha çox

Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 16-da başa çatıb. SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.

Daha çox

Birinci texniki dərəcəli yolların uzunluğu 2200 kilometrə yaxındır

Azad olunmuş ərazilərdə ümumi uzunluğu 3382,6 kilometr olan 44 adda avtomobil yolunun və bir hava limanının tikintisi layihələri icra edilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Süni qurğuların istismarı və təmiri şöbəsinin rəisi Asim Məmmədli “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib. Onun sözlərinə görə, bu yolların 1076,1 kilometri respublika, 2306,5 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarıdır. “Həmin bu yerli əhəmiyyətli avtomobil yollarının 1247,6 kilometrini təşkil edən hissəsi hərbi əhəmiyyətli, dayaq nöqtələrinə…

Daha çox

Avropa atom elektrik stansiyasının bağlanması riski ilə üz-üzədir

Avropada digər bərpa olunan mənbələrlə birlikdə günəş enerjisindən istifadənin artacağı gözlənilir ki, bu da atom elektrik stansiyalarının istehsalının azalmasına və hətta bəzi hallarda onların bağlanmasına səbəb ola bilər. SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Agentlik bildirir ki, hava şəraiti Böyük Britaniyada mart ayında rekord günəş işığından sonra gələn aylarda güclü günəş enerjisi istehsalına işarə edir. Nəticədə, günəş enerjisinin Avropada əsas cərəyana çevriləcəyi gözlənilir ki, bu da yaxın aylarda elektrik enerjisinin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Beləliklə, atom elektrik stansiyaları hasilatı azaltmağa məcbur olacaq. Xüsusilə qeyd olunur ki,…

Daha çox

ADY gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan problemləri operativ şəkildə aradan qaldırıb. SİA-nın məlumatına görə, ADY-dən bildirilib ki, səhər saatlarında güclü külək və aramsız yağış səbəbindən ağacın kontakt şəbəkənin üzərinə aşması, bəzi sahələrdə su yığılması və elektrik enerjisinin kəsintisinə görə gecikmələr olsa da, ADY bütün resurslarını səfərbər edərək yaranmış çətinliklərin aradan qaldırılmasını təmin edib. Ərazilərə əlavə işçi qüvvəsi, su nasosları və müvafiq avadanlıqlar cəlb edilərək operativ tədbirlər görülüb. Gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən ADY-nin əməkdaşları tərəfindən bütün ərazilərə nəzarət edilir. Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt istiqamətində…

Daha çox

Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkında investisiya həcmi 183 milyon manatdan çox olan 12 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. SİA-nın məlumatına görə, İZİA-dan bildirilib ki, sahibkarlar tərəfindən sənaye parkına 59 milyon manatdan çox investisiya yatırılıb, 360-dan artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə parka əlavə 124 milyon manatdan çox investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək sənaye parkında 280 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 4 milyon manatlıq hissəsi ixracın payına düşür.

Daha çox

Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil

Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında deyib. “Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.

Daha çox

Kurskda podşipnik zavodunda güclü yanğın…

…“APZ-20” Kursk podşipnik zavodunun ərazisində güclü yanğın baş verib. SİA-nın məlumatına görə “Kurskie Novosti” yazır ki, qatı qara tüstüdən ibarət nəhəng buludlar hətta şəhərin mərkəzində də aydın görünür. Hadisə çərşənbə günü, aprelin 16-da Kursk vilayətinin Jeleznodorojni rayonunda baş verib. Fövqəladə vəziyyətin səbəbləri hələlik açıqlanmayıb. Hadisə şahidləri qeyd ediblər ki, yanğından bir neçə dəqiqə əvvəl zavodun ərazisində güclü partlayış səsi eşidilib, bu da yaxınlıqdakı evlərin sakinlərini təşvişə salıb. Fövqəladə Hallar Nazirliyinin Kursk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, hadisə yerinə növbətçi yanğınsöndürmə briqadaları göndərilib. İdarə yanğının 1 min kvadratmetr…

Daha çox