Əlli il əvvəl naməlum səbəbdən qanında vacib bir molekul olmayan bir hamilə qadın üzərində aparılan testlər 2024-cü ildə insanlarda yeni bir qan qrupu sisteminin – MAL qan qrupunun – aşkar edilməsinə səbəb olub. SİA “sciencealert.com” saytına istinadla xəbər verir ki, bu kəşf Böyük Britaniya və İsraildən olan elm adamlarının uzun illər davam edən araşdırmaları nəticəsində mümkün olub. Araşdırma nəticələri “Blood” jurnalında dərc olunub və bu tapıntı nadir qan qruplarının daha yaxşı başa düşülməsinə və təhlükəsiz qanköçürmə proseslərinin aparılmasına böyük töhfə verə bilər. 1972-ci ildə hamilə bir qadından götürülən qan nümunəsində…
Daha çoxDay: April 17, 2025
İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib
İndoneziyanın Sulavesi adasının sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 10 min insanın yaşadığı Modisi şəhərindən 46 km cənub-şərqdə baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Daha çoxPutin İlon Maskı təriflədi
“İlon Mask kimi insanlar dünyaya tez-tez gəlmirlər”. SİA “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin tələbələrlə görüşü zamanı deyib. “Bilirsiniz ki, Birləşmiş Ştatlarda Mask adlı adam yaşayır, o, demək olar ki, Mars barədə sayıqlayır. Bax, müəyyən ideyaya köklənmiş belə insanlar çox nadir hallarda ortaya çıxır. Bu gün inanılmaz görünsə də, bir müddət sonra belə ideyalar tez-tez gerçəkləşir. Marsa uçuş çox mürəkkəbdir. Bu gün bunu həyata keçirmək çox çətin görünür”, – deyə o bildirib.
Daha çoxSaamlar Tsukerberqin ekstremal turizm təklifini rədd ediblər
İsveçin və Norveçin şimalında yerləşən bir neçə Saam icması mart ayında elit xizək turları təşkil edən turizm şirkətindən aprel ayında dağlarda vertolyotlarla xizək sürməyə (heliskiing) etiraz etməmələri müqabilində pul təzminatı təklifi alıblar. Bu dövr isə şimal marallarının balaladığı həssas bir dövr hesab olunur. SİA “Dagens Nyheter” (DN) nəşrinə istinadən xəbər verir ki, bu tədbirin arxasında şəxsi vertolyotlar və şef-aşpazların iştirakı ilə təşkil olunmuş dəbdəbəli tura qatılan nüfuzlu turistlər qrupu dururdu. Eyni zamanda, İsveç sərhədi yaxınlığındakı Norveç körfəzində Meta (Facebook) şirkətinin rəhbəri Mark Tsukerberqə məxsus olan və keçən il 330 milyon…
Daha çoxDneprə PUA hücumu: 2 ölü, 16 yaralı
Dneprə PUA hücumu: 2 ölü, 16 yaralı
Daha çoxDünyanın ilk maye hidrogen ixracı dəhlizi yaradılır
Oman, Niderland və Almaniya arasında maye hidrogen nəqli üzrə dünyada ilk ticarət dəhlizi yaradılır. SİA xəbər verir ki, Oman Sultanı Heysəm bin Tariqin Niderlanda dövlət səfəri zamanı tərəflər arasında bununla əlaqədar 3 saziş imzalanıb. Sazişlər maye hidrogen istehsalı, hidrogenin və karbon dioksidin boru kəməri ilə nəqli üçün infrastrukturun inkişafı və Niderlandın Royal Vopak şirkəti ilə tərəfdaşlıq barədədir. Eyni zamanda, Oman Yaşıl Hidrogen Strategiyasının həyata keçirilməsi üzrə milli əlaqələndirici qismində çıxış edən “Hydrom” şirkəti istehsalın milli planlarla uyğunlaşdırılması, layihənin infrastruktur və sektorun ümumi strategiyası ilə inteqrasiyasının təmin edilməsinə cavabdeh olacaq. Bundan…
Daha çoxAmerikalıların “DeepSeek”ə girişi əngəllənə bilər
ABŞ hökuməti amerikalıların Çinin süni intellekt şirkəti “DeepSeek”in chatbotuna girişini əngəlləyə bilər. SİA xəbər verir ki, bu barədə “New York Times” qəzeti mənbələrinə istinadla məlumat yayıb. Nəşrin mənbələrinin bildirdiyinə görə, Donald Tramp administrasiyası amerikalıların “DeepSeek” xidmətlərinə girişinə qadağa qoyulması, eləcə də Çin şirkətinin ABŞ texnologiyaları, xüsusən də süni intellekt texnologiyaları üçün çiplər almasını əngəlləmək imkanlarını nəzərdən keçirir. Vaşinqton, həmçinin Çin şirkətinin Amerika çiplərinin alınması ilə bağlı mövcud məhdudiyyətlərdən yan keçib-keçmədiyini müəyyən edəcək. Qəzet qeyd edir ki, “DeepSeek”ə qarşı tədbirlər Ağ evin süni intellekt sahəsində Çindən geri qalmaq qorxusundan irəli gəlir.…
Daha çoxABŞ Yəmənin paytaxtına hava zərbələri endirdi
ABŞ silahlı qüvvələri husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya 14 hava zərbəsi endirib. SİA xarici mediaya istinadən xəbər verir ki, paytaxtın Sabeyn rayonu hücuma məruz qalıb. Bundan əlavə, Yəmənin şimalındakı Əl-Cəvf əyalətində də zərbələr qeydə alınıb. Ölən və yaralananlar barədə məlumat yoxdur. Qeyd edək ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp ABŞ ordusuna husilərə qarşı zərbə endirmək əmri verdiyini bildirmişdi.
Daha çoxBritaniya hökuməti Aİ-dən pendir və ət məhsullarının gətirilməsini qadağan edib
Böyük Britaniya hökuməti Avropada yayılan dabaq xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq məqsədilə Avropa İttifaqından (Aİ) pendir və ət məhsullarının gətirilməsinə müvəqqəti qadağa tətbiq edib. SİA “BBC”yə istinadla xəbər verir ki, yeni qaydalara əsasən şənbə günündən etibarən Aİ ölkələrindən səyahət edən şəxslərin özü ilə kolbasa, pendir kimi məhsulları, o cümlədən bu məhsullarla hazırlanmış sendviçləri Britaniyaya gətirməsinə icazə verilmir. Qadağa, məhsulların qablaşdırılmış və ya açıq olmasından asılı olmayaraq tətbiq edilir, hətta “duty free” mağazalarından alınan məhsullar da bu siyahıya daxildir. Bu addım Almaniya, Macarıstan, Slovakiya və Avstriyada dabaq xəstəliyinin artan halları fonunda…
Daha çoxTramp Ukraynanın təklifini rədd etdi
ABŞ Prezidenti Donald Tramp Ukraynanın 50 milyard dollarlıq silah alma təklifini rədd edib. SİA xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Nəşr iddia edir ki, Tramp Ukraynaya silah satmaqdansa, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda maraqlıdır. Mənbə yazıb ki, Tramp Putinlə diplomatik təmaslara diqqət yetirərək, razılaşmaya maraq göstərməyib. Amerika liderinin prioriteti ABŞ-yə iqtisadi fayda versə belə, Ukraynaya hərbi dəstəyi artırmaqdansa, Moskva ilə razılaşmalar əldə etməkdir. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda ABŞ-dən 30-50 milyard dollara 10 hava hücumundan müdafiə sistemi və digər silahlar almaq istədiyini…
Daha çox