Hədəfimiz odur ki, ölkədə dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsaitin həcmi artırılsın. Son 8 ildə dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsaitin məbləği artmır. Bu, bizi çox narahat edirdi. Tərəfimizdən aidiyyəti dövlət qurumları ilə aparılan səmərəli danışıqlar nəticəsində artıq irəliləyiş var. SİA xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsait kəskin şəkildə artırılacaq. O, həmçinin əlavə edib ki, may ayının əvvəlində Gəncə şəhərində ilk dəfə Vəkillər Kollegiyasının regional mərkəzinin açılışı olacaq.
Daha çoxDay: April 18, 2025
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, mayda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,06 % azalaraq 3,25 ABŞ dolları təşkil edib.
Daha çoxQarabağ Universitetinin tələbələri diplomatik korpus nümayəndələri üçün kompozisiya hazırlayıblar
Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri Xankəndidə səfərdə olan diplomatik korpus nümayəndələri üçün bədii kompozisiya hazırlayıblar. SİA xəbər verir ki, onlar qonaqlar üçün Azərbaycanın xalq mahnılarını səsləndiriblər. İfalar zamanı tələbələri müəllimləri müşayiət edib.
Daha çox“Uğursuzluq bizə yeni düşüncələr, yeni fikirlər yaratmağı öyrədir”
“Uğursuzluq qorxusu neqativ tədbirlərdən yaranır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. O bildirib ki, əvvəlki dövrlərdə yaşadığımız neqativ təcrübə bizə uğursuzluqla bağlı hər hansı qorxu hissini yaşada bilər: “Yaxud da, başqalarının uğursuzluqlarına baxıb özümüz qərar veririk ki, bizdə də uğursuzluq ola bilər. Bəzən uşaqlıq travmaları, bəzən travmatik hallar, evdə “səndə alınmaz, sən bacarmazsan” kimi deyilən sözlər, uşaq tərbiyəsində buraxdığımız psixoloji səhvlər gələcəkdə uğursuzluq qorxusu yarada bilər. Çox vaxt bunun səbəbi ya uşaqlıqda belə böyüdülməklə, ya ümumi böyük uğursuzluq travması ilə əlaqədardır, yaxud da digərlərinin uğursuzluğuna baxıb uğursuzluğumuzu düşünürük.…
Daha çoxAzərbaycanda 5 bağlanmış bankın əmlakları hərraca çıxarılır
Azərbaycanda 5 bağlanmış bankın əmlakları hərraca çıxarılır
Daha çox“Bütün qərarları ailə quran cütlüklər versələr, daha gözəl olar”
“Günümüzün ən çox müzakirə edilən mövzularından biri də ailə həyatı qurduqdan sonra cütlüklərin necə yaşamasıdır. Əvvəllər gəlinlər birgə yaşamağı, qayınananın qulluğunda durmağı özlərinə borc bilsələr də, getdikcə bu adət itir və gənclər daha çox ayrı yaşamağa, müstəqil olmağa üstünlük verirlər. Müasir dövrdə çoxları düşünür ki, gənc ailənin sərbəst və xoşbəxt yaşaması üçün mütləq ayrı evi olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib. Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Ailə qurandan sonra valideynlərdən ayrı yaşamaq məsələsi sonradan dəbə düşüb. Onun sözlərinə görə, əvvəllər ailələrdə mehribanlıq, səmimiyyət…
Daha çoxdövlət qurumlarının debitor borcları kəskin artıb
Azərbaycanın baş kredit sərəncamçılarının 2022–2023-cü illərdə debitor və kreditor borclarının analitik fəaliyyəti üzrə audit nəticələri açıqlanıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının bülleteninin 2024-cü il üzrə 4-cü nömrəsində bildirilir. Hesabatda qeyd edilir ki, 2023-cü ildə dövlət qurumlarının debitor borcları 2022-ci illə müqayisədə 45,3 % artaraq 4 milyard 437,6 milyon manata çatıb. Ən yüksək debitor borc Müdafiə Nazirliyində qeydə alınıb – 2022-ci ildə 1 milyard 161,8 milyon manat olduğu halda, 2023-cü ildə 2 milyard 594,1 milyon manata yüksəlib. Auditin nəticələrinə əsasən, debitor borcların funksional təsnifatı üzrə “Müdafiə və milli…
Daha çoxAzərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb
Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndi səfəri çərçivəsində deyib.
Daha çoxQalalar şəhəri Giresun
Türkiyədə gəziləcək, görüləcək o qədər cənnət məkanlar var ki, saymaqla, yazmaqla bitirmək mümkün deyil. SİA xəbər verir ki, belə gözəl məkanlardan biri də turistlərin sevimli məkanına çevrilən Giresundur. Dağların ətəyində düzülmüş yamyaşıl yaylaları, Qara dənizə baxan heyranedici qalaları, Aralıq dənizi və Egey dənizinə bənzəyən mavi bayraqlı çimərlikləri ilə Giresun ən çox sevilən məkanlardan biridir. Tirebolu, Bulancak, Keşap və Espiye kimi Qara dəniz sahili boyunca yerləşən turistik rayonları ilə hər il yüz minlərlə turistə ev sahibliyi edən Giresun, yaşıl və mavinin qovuşduğu mənzərəsi ilə hər mövsüm xoş səyahət təklif edir. Giresun…
Daha çoxSabah Yer Günü ilə bağlı festival keçiriləcək
Sabah Bakının Xətai rayonu, “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək. SİA xəbər verir ki, festival Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və tərəfdaş qurumların dəstəyi ilə baş tutacaq. Yer Günü münasibətilə təşkil olunan festivalın əsas məqsədi ictimaiyyətin ekoloji problemlər barədə məlumatlılığını artırmaq, ətraf mühitin mühafizəsinə töhfə vermək və əhali arasında təkrar emal vərdişlərini təşviq etməkdir. Tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka və ya banka, yaxud 10 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə…
Daha çox