Azərbaycan qətiyyətli addımlar və məsuliyyətli dövlət idarəçiliyi ilə münaqişəyə özü son qoydu. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində deyib. O qeyd edib ki, Azərbaycanın yanaşması yalnız münaqişəni sonlandırmayıb, həm də Cənubi Qafqazda uzunmüddətli barışığın və sülhün təməlini qoyub: “Keçid ədaləti hər post-münaqişə vəziyyətində olduqca vacibdir. Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir.…
Daha çoxDay: April 18, 2025
4SİM auditor seçib
İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 38 manatdır. Iddiaçılar təkliflərini mayın 12-nə qədər 4SİM-in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 194 ünvanına təqdim edə bilərlər. Təkliflərə mayın 12-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “SR Audit Solutions” MMC olub. Şirkətə 8 min manat ödənilib.
Daha çoxDiplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb. SİA xəbər verir ki, nümayəndə heyətini Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edəcək, Qarabağ Universitetinin tələbələri ilə görüşəcəklər. Xankəndi şəhəri ilə tanışlıqdan sonra xarici korpusun nümayəndələri Şuşaya şəhərinə səfər edəcək və orada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.
Daha çox“Belə insanlar kifayət qədər günəş şüası almayan insanlardır”
“Vitamin D orqanizm üçün çox önəmli maddədir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-dietoloq Ləman Süleymanova deyib. Onun sözlərinə görə, ümumiyyətlə, vitamin D çatışmazlığı nəticəsində ətraf mühitin infeksiyasına qarşı orqanizm müdafiəsiz olur: “Çünki insan orqanizmində Allah tərəfindən belə bir sistem qurulur ki, D vitamini bizi ətraf mühitin infeksiyasından qoruyur, gün ərzində energetik olmağımıza səbəb olur. Qidaların tərkibindəki D vitamini ilə zəngin olan maddələr insan orqanizminə daxil olmalıdır. Amma biz D vitaminini təbii günəş şüasından alırıq. Buna görə də, hər zaman valideynlərə, hamilələrə, uşaqdan böyüyə qədər hamıya məsləhət görürük ki, isti fəsillərdə günəş…
Daha çoxKür-Araz ovalığında şorlaşmış torpaqlar artıb
Hesablama Palatasının apardığı audit Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin və suvarılan torpaqların vəziyyətində ciddi nöqsanları üzə çıxarıb. SİA xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir. Auditin nəticələrinə əsasən, son beş ildə bölgədə zəif, orta və güclü dərəcədə şorlaşmış torpaqların xüsusi çəkisi artaraq, 2024-cü ildə müvafiq olaraq 34,1 %-ə, 29,1 %-ə və 24,4 %-ə çatıb. Kollektor-drenaj sistemlərinin bərpası əsasən yeni əkin sahələrinə yönəldilib. Lakin əvvəllər istifadə olunan, lakin şorlaşma səbəbindən dövriyyədən çıxmış torpaqlarda vəziyyətə lazımi müdaxilə olunmayıb. Dren-kollektorların qeyri-effektiv istismarı, kollektor sularının təkrar istifadəsi…
Daha çoxHikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Xankəndiyə və Şuşaya səfəri ilə bağlı paylaşım edib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə və Şuşaya səfəri ilə bağlı X sosial şəbəkə hesabında paylaşım edib. SİA paylaşımı təqdim edir: “Akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə Füzuli hava limanına eniş etdik. Şuşaya və Xankəndiyə gedirik. Biz Xankəndidəki Qarabağ Universitetinin tələbələrinə baş çəkəcəyik. Qarabağın və Şərqi Zəngəzurun münaqişədən sonra yenidən qurulması və transformasiyası heyranedicidir!”.
Daha çoxQuba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub
Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub. Bu barədə SİA-ya Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitindən sonra bəzi ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunsa da, bu proseslərin ümumi fonu stabil xarakterlidir. Ə.Əliyev qeyd edib ki, intensiv yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində ekzogen-geoloji proseslərin nisbi aktivliyi qeydə alınıb ki, bu da bilavasitə mövsümi xarakterli iqlim faktorları ilə əlaqəlidir. O əlavə edib ki, hazırda Agentliyin mütəxəssisləri aidiyyəti…
Daha çoxAzərbaycan neftinin qiyməti 69 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,88 ABŞ dolları, yaxud 1,28 % artaraq 69,34 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 68,45 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,9 ABŞ dolları və ya 1,35 % artaraq 67,54 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxSığorta hadisələrinin sayı 800-ə çatıb
15-16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və normadan artıq intensiv yağışlar nəticəsində bir sıra hadisələr qeydə alınıb. Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib. Bu barədə SİA-ya Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta bazarı iştirakçılarından aldığımız bu günə olan son dəqiq məlumatlara görə, baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 512-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 157-si “Daşınmaz əmlakın icbari sığortası” növü, 77-si “Kasko” sığorta…
Daha çoxHikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib. SİA xəbər verir ki, paylaşımda Bakıda akkreditə olunmuş diplomatik korpus nümayəndələri ilə birlikdə Füzuli hava limanına endiklərini qeyd edib. “Bakıda akkreditə olunmuş diplomatik korpusla birlikdə Füzuli hava limanına endik. Şuşa və Xankəndiyə yollanırıq. Xankəndidə Qarabağ Universitetini və tələbələri ziyarət edəcəyik. Münaqişədən sonrakı yenidənqurma və Qarabağ və Şərqi Zəngəzurun transformasiyası təsirlidir!”, – paylaşımda qeyd edilib.
Daha çox