Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 23-də Şəki şəhəri, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib. Məlumata əsasən, qəbul saat 11:00-da Oğuz şəhərində (Oğuz şəhəri, 20 yanvar küçəsi, 6) keçiriləcək. Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki regional bölməsinə (əlaqə vasitələri: (024) 244 36 21, (070) 923 06 29, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
Daha çoxDay: April 18, 2025
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Babək prospekti, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 6. “20 Yanvar” dairəsində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 9. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən…
Daha çoxGürcüstanda xarici qrantları qadağan edən qanun qüvvəyə minib
Gürcüstanda “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib. SİA xəbər verir ki, prezident Mixail Kavelaşvili aprelin 17-də qanunu təsdiqləyib. Qanuna əsasən, Gürcüstan hökumətinin razılığı olmadan xarici qrantların qəbul edilməsi qadağan olunur. Hökumətin razılığı olmadan qəbul edilən qrant üçün cərimə onun məbləğindən iki dəfə çox olacaq. Xarici qrantın təsdiqlənməsi üçün hökumətə 10 gün vaxt veriləcək. Hökumətin qərarından şikayət edilməsi onun icrasını dayandırmayacaq. Qanunun icrasına nəzarəti isə Antikorrupsiya Bürosu həyata keçirəcək. Bununla yanaşı, bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlar,…
Daha çoxBayden spiker olmağa qərar verdi
ABŞ-nin keçmiş prezidenti Co Bayden tədbirlərdə çıxış etmək üçün 300 min dollar istəyir. SİA xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. Nəşr qeyd edir ki, Bayden spiker kimi işləmək istəyir, lakin hələki ona çox tələbat olmayıb. Məlumata görə, keçmiş prezident fevralın əvvəlindən Yaradıcı Rəssamlar Agentliyi tərəfindən təmsil olunur. Bayden hər hansı tədbirdə çıxış üçün səyahət edərsə, şəxsi təyyarə və beş işçinin xərclərinin də qarşılanacağı deyilir. Qeyd edək ki, ABŞ-nin 44-cü prezidenti Barak Obamanın 2017-ci ildə Ağ Ev rəhbəri postundan getdikdən sonra tədbirlərdə çıxışının qiyməti 400 min dollar…
Daha çoxBu gün hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Daha çoxÜç illik danışıqlardan sonra ölkələr pandemiyalar haqqında tarixi saziş imzalayıblar
Cenevrədə ölkələr beynəlxalq ictimaiyyətin pandemiyalara hazırlığın artırılmasına yönəlmiş qlobal saziş layihəsi üzərində işi yekunlaşdırıblar. Sənəd qəbul olunmaq üçün mayda Ümumdünya Səhiyyə Assambleyasına təqdim olunacaq. SİA BMT-nin məlumatına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsi altında üç ildən artıq davam edən danışıqların yekunu üzrə hazırlanmış saziş səhiyyə sahəsində gələcək qlobal təhdidlər qarşısında beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün çərçivələri müəyyən edir. “Cenevrədə dünya ölkələri tarix yazırdı. Pandemiya haqqında Saziş üzrə konsensusa nail olmaqla, onlar sadəcə dünyanı daha təhlükəsiz etmək üçün nəsillərarası saziş imzalamadılar. Onlar həmçinin nümayiş etdirdilər ki, çoxtərəflilik canlı və…
Daha çoxƏrdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni təsdiqləyib. SİA xəbər verir ki, sazişin təsdiqi ilə bağlı məlumat “Resmi Gazete”də yayımlanıb. Qeyd edək ki, 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanmış Saziş 8 iyul 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunub.
Daha çoxSabah bu ərazilərdə qaz olmayacaq
Sabah bu ərazilərdə qaz olmayacaq
Daha çoxZelenski Vitkoffu sərt tənqid etdi
Amerika Birləşmiş Ştatları Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff danışıqlar zamanı Rusiya tərəfinin strategiyasını qəbul edib”. SİA UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı Donald Trampın xüsusi nümayəndəsinin müharibə ilə bağlı son açıqlamalarını şərh edərkən deyib. Onun fikrincə, belə taktikalar çox təhlükəlidir, çünki Vitkoff rus rəvayətlərini yayır: “Mən onun Ukrayna ərazilərini müzakirə etmək mandatını görmürəm, çünki ərazilər bizim xalqımıza məxsusdur. Ona görə də onun nədən danışdığını ümumiyyətlə başa düşmürəm. Hamımız bunu eşitmişik, amma bu, Putinin cəfəngiyyatıdır. Düşünmürdüm ki, onun bu rəvayətlərini başqa sivil ölkələrdə yaymağa davam…
Daha çoxRusiyalı boksçu qız İslamı qəbul edib və hicab geyinib…
Buryatiyadan olan Rusiyanın boks çempionu Kristina Tkaçeva İslamı qəbul edib və hicab geyinib. SİA-nın məlumatına görə, Gazeta RB xəbər verir ki, qız bu barədə ötən gün VK səhifəsində abunəçilərinə təvazökar müsəlman geyimində selfi əlavə edərək bildirib. …Bu, mənim şüurlu qərarımdır. Məni heç kim məcbur etməyib, işə cəlb etməyib. Bunu yazan Tkaçeva boksu tərk etmək qərarına gəldiyini də bildirib və bu addımın İslamı qəbul etməklə heç bir əlaqəsi olmadığını vurğulayıb. …Məndə çoxdan belə fikirlər var idi və yaxın ətrafım da bunlardan xəbərdar idi, – deyə Kristina paylaşıb. …Qız Dağıstana köçüb Kaspiyskdə…
Daha çox