Adam 12 ildən sonra taksi sürücüsünü öldürdüyünü etiraf edib…

…Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, bir şəxs cinayəti törətdikdən 12 il sonra Moskvada taksi sürücüsünü öldürdüyünü etiraf edib. …Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə cinayət işini araşdırır. . SİA-nın məlumatına görə, aprelin 17-də paytaxt sakini hüquq-mühafizə orqanlarına gələrək, törətdiyi cinayəti etiraf edib. Dindirilmə zamanı həmin şəxs taksi sürücüsünün qətlinin hansı şəraitdə baş verdiyi barədə ətraflı danışıb. İstintaq Komitəsinin izah etdiyi kimi, qətl 2013-cü ilin avqustunda törədilib. Daha sonra Moskvanın…

Daha çox

Əmək müqavilələrini “e-sosial” portalının mobil tətbiqi vasitəsilə imzalamaq mümkündür

Vətəndaşlar əmək müqavilələrini daha sürətli, sadə və rahat şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə də imzalaya bilərlər. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işəgötürən tərəfindən təsdiq üçün ünvanlanmış müqavilə həmin portalın mobil tətbiqinin əsas ekranında yeni yaradılmış “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur. Vətəndaş müvafiq bölməyə keçid edərək müqaviləni nəzərdən keçirə, həmçinin imzalaya və ya imzalamaqdan imtina edə bilər. İmzalama prosesi SİMA və ya “ASAN imza” vasitəsilə həyata keçirilir. Qeyd edək ki, ölkəmizin vahid sosial reyestri olan “e-sosial” portalının…

Daha çox

Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri başa çatıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Xankəndi şəhərinə səfəri başa çatıb. SİA xəbər verir ki, onlar, ilk növbədə, Qarabağ Universiteti ilə tanış olublar. Burada Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tərəfindən görülən işlər barədə ətraflı məlumatlandırılıblar. Daha sonra Qarabağ Universitetinin İncəsənət fakültəsində onlar üçün tələbə və müəllimlər tərəfindən hazırlanmış bədii proqramı izləyiblər. Diplomatlar sonda Xankəndi şəhərinin…

Daha çox

Polşanın ilk qadını “F-16” qırıcı pilotu olub…

Qadın ABŞ-da təhsil alıb. …Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ölkə tarixində ilk dəfə bir qadının “F-16” qırıcı pilotu olduğunu açıqlayıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, indiyədək Polşa Hərbi Hava Qüvvələrində “F-16” döyüş təyyarəsinin idarə edilməsində yalnız kişilər oturub. İndi bu, dəyişir, ilk qadın bu təyyarələri idarə edən elit pilotlar qrupuna qoşulur. Qadının adı təhlükəsizlik səbəbi ilə açıqlanmır. …Hərbi Hava Qüvvələrimiz və bütün Polşa Silahlı Qüvvələri üçün vacib xəbər – ilk qadın “F-16” pilotu oldu! Laskidəki 32-ci Taktiki Hava Bazasında qadın zabit xidmət edir.…

Daha çox

Son bir həftədə təbiətə 81 780 manat ziyan dəyib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, İmişli və Quba rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. SİA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, “Qafqaz Residence” MTK-ya məxsus ərazidə, Xətai rayonu Köhnə Günəşli qəsəbəsi General Mehmandarov küçəsində, İmişli rayonu Qulubəyli kəndi ərazisində və Quba rayonu Aşağı Xuc kəndinin Digah Xucbala bələdiyyəsinə aid torpaq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 81 780 manat məbləğində ziyan…

Daha çox

Evini kirayə verənlər nə qədər vergi ödəməlidir?

“İstənilən halda evlərini kirayə verən və yaxud da icarəyə verən şəxslər 14% vergi ödəməlidirlər. Kirayə vətəndaşlara verilir. İcarə isə vergi ödəyicilərinə və sahibkarlara verilir. İstənilən halda icarə yaxud kirayə əməliyyatından 14% vergi öhdəliyi yaranır”. Bu sözləri SİA-ya açıqlamasında auditor Anar Bayramov deyib. Onun sözlərinə görə, sadəcə olaraq bəzən bunu kirayəyə verən vətəndaş özü ödəyib bəyan edir, bəzi hallarda isə o pulu ona ödəyən şəxs onun pulundan tutub ödəyir: “Əgər kirayəyə və icarəyə verən vətəndaş, o kirayəni vergi ödəyicisinə, hər hansı bir MMC-yə yaxud hüquqi işlə məşğul olan fiziki şəxsə aylıq…

Daha çox

Maddi-texniki bazanın gücləndirilməsi göstərilən hüquqi xidmətlərin səviyyəsini yüksəldir

Prokurorluq orqanlarında maddi-texniki bazanın gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev aprelin 18-də Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində deyib. O bildirib ki, məhz bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai etimad daha da möhkəmlənir: “Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində prokurorluq orqanlarına yüksək diqqət və qayğı göstərilir. Yeni inzibati binanın istifadəyə verilməsi də məhz dövlətimizin başçısının bu sahəyə olan xüsusi münasibətinin…

Daha çox

Reklam edərək əxlaqsızlığı təbliğ edirlər?

“İstaqram”da, “tiktok”da açıq bazardı, kameraya oynayan satıcıların sayı durmadan artır. Əksəriyyəti eyni cür görünürlər – eyni dişlər, eyni dodaqlar, eyni burun, eyni əməliyyatlı omba. Bir sözlə, bir-birinin eynisi, əksəriyyətinin də görünüşündən vulqarlıq yağan tiplər. Daha doğrusu, işə yeni başlayanda normal görünüşdə olurlar, spesifik, adi görünüşləri olur, bir neçə aydan sonra başlayırlar öz bədənlərində təmir, yenidənqurma işləri aparmağa. Bəs bunun sonu nə zamansa olacaqmı? Məsələ ilə bağlı SİA-da paytaxt sakinlərinin fikrlərini öyrənməyə çalışıb. Şəhər sakini Səadət Axundova: “Bu çox biarçı bir mənzərədir. Olmaz belə şeylər eləmək. Cavanlarda onlardan görür və öyrənir…

Daha çox

DGK media nümayəndələri üçün seminar təşkil edib

Bu gün Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib. SİA xəbər verir ki, seminarda media nümayəndələri üçün sahəyə uyğun müxtəlif mövzularda təqdimatlar təqdim edilib. Həmçinin seminarda jurnalistlərin maraqlarını əks etdirəcək suallar müvafiq qurumların nümayəndələri tərəfindən cavablandırılıb.

Daha çox

Şəhid Ələsgər Mirzəliyev dəfn edilib

İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən vida mərasimi başa çatıb. SİA xəbər verir ki, Ə.Mirzəliyevin nəşi Cocuq Mərcanlı kəndi “Lələtəpə” kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, qazilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha çox