“Azərbaycan Türkiyə və Orta Asiya ölkələri arasında körpü rolunu oynayır”

“Azərbaycan Prezidentinin Macarıstana səfəri və Türk Dövlətləri Təşkilatının liderlərinin qeyri-rəsmi Zirvə toplantısında iştirakı əhəmiyyətli bir hadisə kimi dəyərləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatı son illərdə daha da inkişaf edərək üzv ölkələr arasında inteqrasiyanı gücləndirən mühüm regional platformaya çevrilməkdədir: “Təşkilatın yaradılmasından bu günə qədər keçən 16 il ərzində nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunub. Toplantı çərçivəsində Azərbaycan Prezidenti geniş çıxış edərək müxtəlif istiqamətlərdə mühüm məsələlərə toxundu. İlk olaraq Azərbaycan–Macarıstan əlaqələrindən bəhs edən Prezident, bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və…

Daha çox

Peskov Trampın bəyanatları fonunda Rusiyanın planlarını açıqladı

Prezident Tramp nəsə desə də, deməsə də, Rusiya öz təhlükəsizliyini özü təmin edəcək. …Rusiya ABŞ prezidenti Donald Trampın bəyanatlarından və Ukraynada sülh prosesinin vəziyyətindən asılı olmayaraq öz təhlükəsizliyini təmin edəcək. SİA-nın məlumatına görə, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə Telegram kanalında dərc olunan mesajında ​​bildirib. …Sülh prosesi getsə də, getməsə də, prezident Tramp nəsə desə də, deməsə də, Rusiya öz təhlükəsizliyini özü təmin edəcək. Bunu Kreml nümayəndəsi bildirib. Peskov vurğulayıb ki, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə vurduğu istənilən “xuliqanlıq” qaçılmaz olaraq…

Daha çox

Bakıda islamofobiyaya qarşı mübarizəyə dair Birgə Kommunike qəbul olunub

Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın yekununda Birgə Kommunike qəbul olunub. SİA xəbər verir ki, sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub. Qeyd edək ki, iki gün davam edən tədbirdə iştirakçılar islamofobiya kontekstində gender problemlərini, müsəlman qadınlara, o cümlədən ali təhsil müəssisələrində kök salmış qərəzləri önə çəkərək onların sülh və təhlükəsizlik gündəliyinə daxil edilməsini, həmçinin qadın azadlıqlarının və bununla bağlı sosial proqramların genişləndirilməsini istəyiblər.

Daha çox

Kelloq ABŞ-ın Rusiyadan nə almaq istədiyini açıqladı

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyadan sülh yolu ilə həll üçün təkliflər gözləyir; artıq Ukraynadan sənəd alınıb və nəzərə alınıb. SİA-nın məlumatına görə, bunu “Fox News” telekanalına müsahibəsində ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib. Onun sözlərinə görə, Moskva cəmi bir həftə əvvəl “sülhə nail olmaq üçün qondarma memorandum hazırlamaq niyyətində olduğunu” bəyan edib. Ukrayna tərəfdən birini aldıq, indi onları daha sonra müqayisə etmək üçün Rusiya tərəfdən birini almalıyıq… Kelloq qeyd və əlavə edib ki, hər iki tərəfdən alınan sənədləri təhlil etdikdən sonra növbəti görüş keçirilməlidir. Xatırladaq ki, ABŞ…

Daha çox

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin mayın 30-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. SİA xəbər verir ki, yaz sessiyasının sonuncu plenar iclasının gündəliyinə 10 məsələ daxil edilib. Gündəlikdəki məsələlər aşağıdakılardır: 1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı. 2. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş). 3. “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad…

Daha çox

Rusiya Bankı müşahidə olunan inflyasiyanın azaldığını açıqlayıb

May ayında Rusiyada əhalinin müşahidə etdiyi inflyasiya 15,5 faizə düşüb. SİA-nın məlumatına görə, bu barədə Rusiya Bankının “İnflyasiya gözləntiləri və istehlakçı əhval-ruhiyyəsi” məlumat və analitik şərhində deyilir. Sözügedən göstərici aylıq müqayisədə 0,4 faiz bəndi azalaraq, illik müqayisədə bir yarım faiz bəndi artıb. Tənzimləyici qeyd edib ki, müşahidə olunan inflyasiyanın hesablamaları əmanətləri olan və olmayan respondentlər arasında azalıb. Yaxın 12 ayda əhalinin gözlədiyi inflyasiyanın median təxminləri 13,4 faizə yüksəlib. Rusiyalıların növbəti beş il üçün inflyasiya gözləntiləri 11,8 faizə yüksəlib. Rusiya Bankı 2025-ci ildə illik inflyasiyanın 7-8 faizə düşəcəyini, 2026-cı ildə isə…

Daha çox

Dövlət proqramlarına ayrılan büdcənin statistikası AÇIQLANDI

“Universitet sektorunda investisiyalar 5% artım nümayiş etdirmişdir. Beləliklə, ölkəmizin makroiqtisadi göstəricilərində istər dayanıqlılıq, istər iqtisadi artım, istərsə də ticarət balansındakı müsbət dinamika baxımından əhəmiyyətli irəliləyişlər müşahidə olunmuşdur. Valyuta ehtiyatlarının artması, dövlət büdcəsi çərçivəsində cəmi bir il ərzində təxminən 15 milyard manat həcmində əsaslı xərclərin reallaşdırılması, Qarabağ və işğaldan azad edilmiş digər ərazilərin bərpası üzrə proqramların icrası, ölkənin müdafiə qabiliyyətinin və beynəlxalq müzakirə potensialının gücləndirilməsi istiqamətində atılan addımlar bu nailiyyətlərə misal göstərilə bilər. 2024-cü il ərzində bu genişmiqyaslı proqramların uğurla icra olunması ilə yanaşı, fiskal intizam da təmin edilmişdir”. SİA xəbər…

Daha çox

“İki ölkənin əlaqələri ortaq dəyərlərə söykənir”

“Azərbaycan-İran münasibətləri təkcə coğrafi qonşuluq müstəvisi üzərində qurulmayıb, iki ölkənin əlaqələri tarixi, mədəni, dini və digər ortaq dəyərlərə söykənir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib. O bildirib ki, əsrlər boyu mehribanlıq və qardaşlıq ruhunda bir arada yaşamış xalqlar bu gün müstəqil dövlətlər kimi regional və beynəlxalq səviyyədə öz maraqlarını birgə müdafiə edirlər: ‘İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanatlar, imzalanmış sənədlər və aparılmış danışıqlar regionda davamlı sülhün və inkişafın təmin…

Daha çox

Məhkəmə bloger Həsənovun qiyabi həbsini qanuniləşdirib…

…Moskva Şəhər Məhkəməsi 20 milyon rublun yuyulmasında təqsirləndirilən bloger Hüseyn Həsənovun qiyabi həbsinin qanuniliyini təsdiqləyib. SİA-nın məlumatına görə, RİA Novosti məhkəmənin məlumatlarına istinadən yazır. Beləliklə, Moskvanın Çertanovski Məhkəməsinin hökmü dəyişməz qalıb və müdafiə tərəfinin şikayəti təmin edilməyib. Eyni zamanda, prosesdə Həsənovun vəkili bildirib ki, bloggerə işin başlanması və barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinin həll olunduğu məhkəmə iclası barədə düzgün məlumat verilməyib. Bu, onun fikrincə, məhkəmənin qərarının ləğvi üçün əsasdır. Eyni zamanda bloqqerin müdafiəsinin digər nümayəndəsi vurğulayıb ki, Həsənova qarşı iş yanvarda açılıb və o, fevralın sonuna kimi Rusiyada olub. Lakin…

Daha çox

Dövlət Neft Fonduna ayrılan vasəitdə artım müşahidə olunur

“2024-cü ildə qurumlara ayrılmış vəsait 548 milyon manat təşkil etmiş, bu da 2023-cü illə müqayisədə 67 milyon manat çoxdur. Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş məbləğ yəni 12,8 milyard manat tam şəkildə transfer olunmuşdur. Qeyd etmək lazımdır ki, 2024-cü ildə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb olunan maliyyə vəsaitləri tam həcmdə təmin edilmiş və müvafiq icra qurumları tərəfindən yerinə yetirilmişdir”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il…

Daha çox