Azərbaycan və Tacikistan torpaq idarəçiliyi və kadastr sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Tacikistan torpaqların idarə edilməsi və kadastrı sahələrində əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparıb. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb. Məlumata görə, qurumun rəisi Mətin Eynullayev Tacikistanın Dövlət Torpaq İdarəetmə və Geodeziya Komitəsinin sədri Orif Xocazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə olunub, torpaqdan istifadə və mühafizəyə dövlət nəzarəti, daşınmaz əmlakın qeydiyyatı, kadastr və geodeziya sahələrində təcrübə mübadiləsi aparılıb. Tərəflər reyestr və kadastr məlumatlarının səmərəli istifadəsi, milli məkan məlumatları infrastrukturunun yaradılması və digər mümkün əməkdaşlıq…

Daha çox

Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Dövlət bayramı- Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Bu gün həmin nəcib ənənələr dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafı və məsələlərin geniş spektri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı bünövrədir. Əminəm ki, dost xalqlarımızın və ölkələrimizin maraqları naminə biz bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün…

Daha çox

Moskva vilayətində mühüm hərbi-sənaye kompleksi vurulub…

Ukrayna Baş Qərargahı Resonit-ə uğurlu zərbə endirdiyini təsdiqləyib… …Pilotsuz Sistem Qoşunlarının bölmələri Müdafiə Qüvvələrinin digər hissələri ilə birgə Rusiyanın Moskva vilayətində mühüm hərbi-sənaye kompleksi (MİK) obyektinə zərbə endiriblər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər yayıb. Hücum iyunun 12-nə keçən gecə baş verib. Hücum zamanı Moskva vilayətinin Zubovo şəhərində yerləşən Resonit texnoparkının ərazisində partlayışlar qeydə alınıb. Hücuma məruz qalan obyekt çap dövrə lövhələrinin və elektronikanın seriyalı istehsalı və yığılması zavodudur. Ruslar bu obyektin məhsullarından yüksək texnologiyalı silah və texnikanın hazırlanmasında…

Daha çox

Bakıda beynəlxalq konfrans keçiriləcək

Bu ilin oktyabr ayında Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, tədbir ƏƏSMN-nin tabeliyindəki DOST Agentliyi tərəfindən təşkil olunacaq. Konfrans süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmilərini, yerli və beynəlxalq ekspertləri, alimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək. SOCGOV 2025 süni zəkanın cəmiyyətin sosial həyatına təsiri və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunacağı nüfuzlu platformasına çevriləcək. Konfransın hər il keçirilməsi və…

Daha çox

Azərbaycan üçün dairəvi iqtisadiyyata keçid strateji əhəmiyyət daşıyır

Hazırda Azərbaycan üçün dairəvi iqtisadiyyata keçid olduqca vacib məsələdir. SİA xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib. Onun sözlərinə görə, bu gün təkrar istehsal amili xüsusi əhəmiyyət daşıyır: “Təkrar istehsal imkanlarından istifadə etməklə tullantıların düzgün idarə olunması və digər vasitələrlə istixana qazı emissiyalarını azaltmaq mümkündür. Təbii ki, bu prosesdə müasir texnologiyalar – blokçeyn və süni intellekt mühüm rol oynaya bilər”. Y. Rəfiyev qeyd edib ki, dairəvi iqtisadiyyata keçidlə bağlı maliyyə məsələləri də diqqətdə saxlanılmalıdır: “Bu…

Daha çox

Azərbaycan neftinin qiyməti 72 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları, yaxud 0,44 % artaraq 72,17 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,67 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,35 ABŞ dolları və ya 0,49 % artaraq 70,95 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

MOK-da qanvermə aksiyası təşkil olunub

Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunub. SİA xəbər verir ki, tədbir MOK-un inzibati binasında keçirilib. Aksiyada MOK rəsmiləri, idmançılar, həmçinin idman ictimaiyyətinin bir sıra nümayəndələri və digər rəsmi şəxslər iştirak edib. Aksiya talassemiyadan əziyyət çəkən uşaqlar üçün keçirilir. Qeyd edək ki, “Həmrəy olaq, qanımızla yaşadaq” adlı aksiya 14 İyun – Beynəlxalq Qan Donorluğu Gününə həsr olunub.

Daha çox

Əmtəə bazarlarında qızıl yenidən bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 1.39% artaraq 3 390.10ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,54% artaraq 36.46ABŞ dolları olub.

Daha çox

Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib

Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin tibb xidməti nümayəndələri arasında “Hərbi tibb sahəsində əməkdaşlıq” üzrə ikitərəfli görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Gürcüstan nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub. Hər iki ölkənin nümayəndə heyəti hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıb. Görüş çərçivəsində qonaqlar, həmçinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını, Mərkəzi Hərbi və Stomatoloji poliklinikalarını, Hərbi Tibb Fakültəsini, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji…

Daha çox