Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İraq, Oman, Qətər, Küveyt, Livan və Misir Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəklərini ifadə edərək birgə bəyanat yayıblar. SİA bu barədə “NTV Türkiyə”yə istinadən xəbər verir. Adı çəkilən ölkələrin XİN başçılarının aralarında apardıqları danışıqlardan sonra yaydıqları birgə bəyanatda İsrailin Suriyaya qarşı təkrarlanan hücumları qəti şəkildə pislənib. Bundan başqa, hücumların Suriya ərazisinin və xalqının birliyini, təhlükəsizliyini və sabitliyini sarsıtdığı vurğulanıb. Nazirlər beynəlxalq ictimaiyyəti Suriya hökumətinə yenidənqurma prosesində dəstək verməyə çağırıblar.
Daha çoxDay: July 18, 2025
Bu gün 41 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti yağmursuz olacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.
Daha çoxƏrəb dövlətləri və Türkiyənin XİN başçıları Suriyadakı hadisələrlə bağlı birgə bəyanat yayıb
İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İraq, Oman, Qətər, Küveyt, Livan, Misir və Türkiyənin xarici işlər nazirləri Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəklərini ifadə edərək birgə bəyanat veriblər. SİA Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadla bildirir ki, adı çəkilən ölkələrin XİN başçılarının aralarında apardıqları danışıqlardan sonra yaydıqları birgə bəyanatda İsrailin Suriya Ərəb Respublikasına qarşı təkrarlanan hücumları qəti şəkildə pislənib. Bu əməllər beynəlxalq hüququn açıq şəkildə pozulması və Suriyanın suverenliyinə qarşı kobud təcavüz kimi qiymətləndirilib. Bundan başqa, birgə bəyanatda hücumların Suriya ərazisinin və xalqının birliyini, təhlükəsizliyini və sabitliyini sarsıtdığı,…
Daha çoxNyu-Yorkda Kipr məsələsi üzrə 5+1 formatında qeyri-rəsmi görüş keçirilib
BMT-nin Nyu-Yorkdakı baş qərargahında Kipr məsələsinə dair 5+1 formatında (Türkiyə, Yunanıstan, Böyük Britaniya, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), yunan Kipri və BMT) iki günlük qeyri-rəsmi görüş keçirilib. SİA xəbər verir ki, geniş tərkibdə danışıqlar BMT-nin Baş katibi Antoniu Quterreşin adından verilən rəsmi naharla başlayıb. Müzakirələrdə iştirak edənlər arasında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türkiyənin xarici işlər naziri Hakan Fidan da yer alır. Türkiyə diplomatiyasının rəhbəri Ankara¬nın Kipr məsələsinin həlli ilə bağlı dialoqdan gözləntilərini bölüşüb. “Türkiyə Kipr türklərinin hüquqlarının pozulduğu heç bir formulu qəbul etmir. Ankara danışıqlardan heç…
Daha çoxFransa orada da hərbi mövcudluğuna son qoydu
İyulun 17-də Fransa Seneqalda yerləşən son iki hərbi obyektini rəsmi olaraq yerli hakimiyyətə təhvil verib və bununla da ölkədə 1960-cı ildən bəri davam edən daimi hərbi mövcudluğunu başa çatdırıb. SİA xəbər verir ki, bu barədə DW məlumat yayıb. Seneqalın paytaxtı Dakarda son 350 fransız əsgərinin ölkədən çıxarılması münasibətilə rəsmi mərasim təşkil olunub. Bununla da Fransa, Qərbi və Mərkəzi Afrikadakı keçmiş müstəmləkələrindən qoşunlarını çıxarmaq siyasətini davam etdirir. Paris 2022-ci ildən etibarən regionda hərbi mövcudluğunu tədricən azaltmağa başlayıb. Hazırda Mərkəzi Afrikada Fransa ordusunun yalnız Qabonda, yerli silahlı qüvvələrlə ortaq istifadə etdiyi bir…
Daha çoxMəşhur paraşütçü qəzanın qurbanı oldu
Məşhur avstriyalı paraşütçü Feliks Baumqartner vəfat edib. SİA “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, idmançı İtaliyada paraplanla qəzaya uğrayıb. O, paraplan üzərində nəzarəti itirib və hovuza düşərək bir qadınla toqquşub. Qadın xəsarət alıb, lakin həyatı təhlükədə deyil. Baumqartner isə yıxıldıqdan sonra huşunu itirib, daha sonra ürəyi dayanıb. Qeyd edəki ki, Baumqartner 56 yaşında idi. İdmançı 2012-ci ildə heliumla doldurulmuş hava şarına bağlanmış xüsusi kapsulda təxminən 39 km yüksəklikdən tullandıqdan sonra məşhurluq qazanıb.
Daha çoxİsrail gecə ilə Suriyaya zərbə endirdi
İsrail qırıcıları Suriyanın Süveyda vilayətinə aviazərbələr endirib. SİA ərəb mediasına istinadən xəbər verir ki, hücumlarda Valxa kəndi hədəf alınıb. Gecə saatlarında baş verən hücum zamanı ölən, yaxud yaralananların olub-olmaması bəlli deyil.
Daha çoxİsraildə 3 nazir eyni anda istefa verdi
İsrailin daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Margi və dini işləri üzrə naziri Mixael Malkieli Baş nazir Benyamin Netanyahuya istefa ərizələrini təqdim ediblər. SİA xəbər verir, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Qeyd olunub ki, ŞAS partiyasını təmsil edən bu nazirliklərin rəhbərləri partiyanın hökumətdən çıxmaq istəyi ilə əlaqədar istefa ərizəsi yazıblar. Məlumata görə, daxili siyasi münaqişə dini ali təhsil müəssisəsindən olan tələbələrin hərbi xidmətdən azad edilməsini nəzərdə tutan qanunun qəbulu ilə bağlı problemlər nəticəsində baş verib.
Daha çox“Tramp Kremlin məzarçısına çevriləcək”…
“Tramp Kremlin məzarçısına çevriləcək”…
Daha çox“The Economist” "Putin tələyə düşəcək"..?
“The Economist” “Putin tələyə düşəcək”..?
Daha çox