Tailandın baş naziri vəzifəsini icra edən, baş nazirin müavini və daxili işlər naziri Phumtham Veçaiçai bir şərtlə Kamboca ilə barışıq bağlamaq barədə razılığa gəldiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. “Mən ABŞ Prezidenti Donald Trampla söhbət etdim, o, Tailand və Kambocanın dərhal atəşkəs əldə etməsini tələb etdi. Mən Prezident Trampa narahatlığına görə təşəkkür etdim və qeyd etdim ki, Tayland ümumilikdə atəşkəslə razılaşır. Bununla belə, Tailand Kambocadan səmimi niyyət görmək istərdi”, – Veçaiçai deyib. O, Amerika prezidentindən atəşkəs və sonradan münaqişənin sülh yolu ilə həllini müzakirə…
Daha çoxDay: July 27, 2025
Hazırda açıq ərazilərdə 100-dən çox yanğın aktivdir
Hazırda Serbiya ərazisində açıq ərazilərdə 100-dən çox meşə yanğını aktivdir. SİA xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ən çox təhlükə altında olan bölgələr Niş, Vranye, Kraquyevaç, Priyepolye, Mali Zvornik, Uyiçe və Kruşevaç şəhərləri yaxınlığındadır. Yanğınların söndürülməsinə ölkənin hər yerindən 500-dən çox yanğınsöndürən və xilasedici, müxtəlif təyinatlı 150-yə yaxın texnika cəlb olunub. Hazırda yanğınsöndürənlər və xilasedicilər tərəfindən müxtəlif təyinatlı 230-dan çox tikili mühafizə olunur. Monteneqro ərazisində baş verən yanğının Serbiya ərazisinə keçmə ehtimalı var. Bu məqsədlə Monteneqronun sərhədindəki Kamena Qoraya doğru yayılan yanğınla əlaqədar…
Daha çoxBu ölkədə matəm elan edildi
İyulun 28-i Monteneqroda matəm günü elan olunub. SİA xəbər verir ki, bu barədə Monteneqronun Baş naziri Miloyko Spayiç deyib. O bildirib ki, Monteneqro hökuməti matəm gününü son günlər ölkədə baş verən silsilə faciələr nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq elan edib. “Həlak olanların ailələrinin və yaxınlarının kədərini bölüşürük və onların yanındayıq”, – deyə Miloyko Spayiç qeyd edib.
Daha çoxBu gün 39 dərəcə isti olacaq
Bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi [Anchor] 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq…
Daha çoxMakronun məqsədi xalqlara dəstək yox, yeni müstəmləkəçilikdir
Fransa və onun Prezidenti Emmanuel Makronun Yaxın Şərqlə bağlı bəyanatlarında qeyri-səmimidir. Parisin əsl məqsədi nə Fələstin xalqına, nə də digər xalqlara dəstək verməkdir. Fransanın əsas hədəfi yeni müstəmləkəçilik siyasətini həyata keçirmək və dünya miqyasında təsir dairəsini genişləndirməkdir. SİA xəbər verir ki, bu barədə Türkiyənin “Milli Gazete” nəşrində dərc olunan məqalədə qeyd olunub. Nəşr Parisin keçmiş müstəmləkəsi olan Niger ətrafında başverən prosesləri misal gətirib. Fransız hərbçilərinin çıxarıldığı bu Afrika ölkəsinin rəhbərliyinə qarşı Makronun açıq şəkildə işğalla hədələdiyi, “Paris Fransa vətəndaşlarının və ölkənin maraqlarına zərər verilməsinə imkan verməyəcək” deyə bəyan etdiyi qeyd…
Daha çoxTəbriz-Bakı aviareysi açıldı
“Təbriz-Bakı və əksinə reyslər Təbriz Şəhid Mədəni Beynəlxalq Hava Limanının xarici reyslərinə əlavə edilib”. SİA xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Hava Limanlarının rəhbəri məlumat verib. O deyib ki, bu gündən uçuş cədvəlinə əlavə edilən bu yeni reys İran və Azərbaycan Respublikası arasında hava əlaqəsini gücləndirəcək və sərnişinlər üçün regionun bu iki mühüm şəhəri arasında gediş-gəlişi asanlaşdıracaq. “Bu reysin açılması ilə Şərqi Azərbaycan əyaləti ilə Azərbaycan arasında ticarət və turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaranacaq. Bu hava yolu iki region arasında iqtisadi və mədəni mübadilənin inkişafında mühüm…
Daha çoxMeşə yanğınları “Akkuyu” AES-ə yaxınlaşır..?
Rusiyanın Türkiyədə inşa etdiyi “Akkuyu” AES-in ətrafı meşə yanğınları ilə əhatə olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya aviasiyası səhər saatlarından etibarən yanğınları söndürmək üçün Be-200 təyyarələri və Mi-8 helikopterlərindən istifadə edir. Ərazidə 10 mindən çox Rusiya vətəndaşı işləyir və onlar stansiyanın tikintisində iştirak edirlər. Yanğınlar nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı məlumat verilmir.
Daha çoxTailand və Kamboca arasında məcburi atəşkəs elan olundu
Tailand və Kamboca arasında güclü yağışlar səbəbindən məcburi atəşkəs elan olunub. SİA xəbər verir ki, “Nation” qəzeti məlumat yayıb. “Quru qoşunlarının əməliyyat komandanlığı münaqişə zonasında leysan yağışları səbəbindən döyüş əməliyyatlarının müvəqqəti dayandırıldığını bəyan edib”, – nəşr qeyd edib.
Daha çoxGüclü meşə yanğını Bursa vilayətini cənginə aldı
Türkiyənin Bursanın Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə yanğın baş verib. SİA xəbər verir ki, bu barədə “Haberler” qəzeti məlumat yayıb. Küləkli hava şəraiti səbəbindən magistral yola çatan alov yerli sakinlərin evlərini təhdid etməyə başlayıb və bu səbəbdən Gürsuya aid Karahıdır rayonundan insanların təxliyyə edilməsinə qərar verilib. Onların idman kompleksində yerləşdirilməsi planlaşdırılır. Yanğının yaşayış sahələrini təhdid etdiyi, Karahıdır və İğdır kəndlərinin alov içində olduğu bildirilir. Hadisə yerinə Meşə Təsərrüfatı İdarəsinin qrupları və yanğınsöndürənlər göndərilib. Yanğının söndürülməsinə könüllülər də kömək edir. Yerli hakimiyyət sakinlərdən hökumətin xəbərdarlıqlarına əməl etməyi və lazımi…
Daha çoxRusiya-Ukrayna liderlərinin görüşünün vaxtı və formatı ilə bağlı danışıqlar davam edir
“Ötən günlərdə üçüncü raundunu tamamladığımız Rusiya-Ukrayna danışıqlarının əsas gündəm maddələrindən biri də liderlərin bir araya gətirilməsi idi. Bu günə qədər danışıqlar humanitar, atəşkəs və liderlərin görüşü olmaqla 3 əsas istiqamətdə aparılır. Hər görüşdə daha çox əsirin, yaralının və məhkumun dəyişdirilməsi ilə bağlı razılığa gəlinir. Hazırda liderlərin görüşünün vaxtı və formatı ilə bağlı danışıqlar davam edir”. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Balkan Sülh Platformunun birinci toplantısından sonra mətbuata açıqlamasında bildirib. Balkan Sülh Platformunun iclası haqqında danışan nazir bildirib ki, toplantıda ölkələrin Avropa…
Daha çox