Tramp təslim olmağa çağırır…

ABŞ prezidenti Donald Tramp radikal Fələstinin “Həmas” qruplaşmasını silahlarını yerə qoymağa və Qəzza zolağında saxlanılan israilli girovları azad etməyə çağırıb. SİA-nın məlumatına görə, o, fikirlərini Truth Social sosial şəbəkəsində yazıb. …Qəzzada humanitar böhrana son qoymağın ən sürətli yolu “Həmas”-ın təslim olub girovları azad etməsidir! Bundan əvvəl məlum olmuşdu ki, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzza zolağındakı humanitar böhranı müzakirə etmək üçün İsrailə səfər edəcək. Axios portalının mənbəsinə görə, Tramp “mülki əhaliyə yardımı necə artıracağını anlamaq üçün Qəzzada humanitar vəziyyət haqqında daha çox öyrənmək istəyir”. Bundan əvvəl Vitkoff bildirib ki, radikal…

Daha çox

Dəb, yoxsa dəyərlərin məhvi?

Yay fəsli gələr-gəlməz şəhər küçələrində, park və ictimai yerlərdə bir mənzərə diqqət çəkir: gənc qızların geyim tərzi artıq yalnız dəb deyil, cəmiyyətin mənəvi simasını əks etdirən bir güzgüyə çevrilir. Topinq, qarın nahiyəsinin açıq qalması, bədən xətlərinin sərgilənməsi… Bu, sadəcə geyim tərzi sayıla bilərmi? Yoxsa daha dərin bir problemin milli-mənəvi dəyərlərdən uzaqlaşmanın işarəsidir? Əlbəttə, hər kəsin öz geyim seçimi var və bu, şəxsi azadlıq məsələsidir. Amma bu azadlıq cəmiyyətin əxlaqi və mədəni mühitinə zidd düşməməlidir. Biz Şərq sivilizasiyasının, İslam mədəniyyətinin bir parçasıyıq. Min illərlə formalaşmış mənəviyyat, ailə tərbiyəsi, qadına olan hörmət,…

Daha çox

Avtomobilini tərk edən turist müəmmalı şəkildə yoxa çıxıb…

ABŞ-ın məşhur görməli yerlərindən birində avtomobilini dayanacaqda qoyan turist müəmmalı şəkildə yoxa çıxıb. SİA xəbər verir ki, bu barədə SFGate nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, bazar ertəsi, iyulun 28-də polis əməkdaşları Grand Canyon Milli Parkının cənub dayanacağında içərisində sürücüsüz Tesla Cybertruck tapıblar. Elektriklə işləyən avtomobil iyulun 22-dən itkin düşən 35 yaşlı Tomas Qibbsə məxsusdur. Müstəntiqlər güman edirlər ki, piyada həmin gün ən çətin marşrut hesab edilən və Horseshoe Mesa-ya aparan Grandview Trail ərazisində olub. Parkın əməkdaşları çətin şəraitə görə bu cığırı yalnız təcrübəli piyadaların seçməsini tövsiyə edir. Qibbsin axtarışları…

Daha çox

Yayda tez-tez rast gəlinən xəstəliklər və onlardan qorunma yolları

Yay fəsli tətil, səyahət və istirahət dövrü olmaqla yanaşı, bir sıra sağlamlıq risklərini də özü ilə gətirir. İsti hava şəraiti, qida və su rejiminin dəyişməsi, gigiyenik qaydalara diqqətsizlik bəzi xəstəliklərin yay aylarında artmasına səbəb olur. SİA mövzu ilə bağlı araşdırma aparıb. İstivurma (günvurma) Səbəbi uzun müddət birbaşa gün şüaları altında qalmaqdır. Əlamətləri baş ağrısı, ürəkbulanma, halsızlıq, yüksək bədən temperaturu, huşun itməsidir. Profilaktika üçün günün ən isti saatlarında (12:00–16:00) çöldə olmamaq, papaq, eynək, günqoruyucu kremdən istifadə etmək, bol maye qəbul etmək lazımdır. Qida zəhərlənməsi Səbəbi itidə tez xarab olan qidalar –…

Daha çox

Fransada həmkarlar ittifaqları təşkilatları etiraz aksiyalarına start verir

Fransada 2026-cı ilin dövlət büdcəsi planında nəzərdə tutulan tədbirlərlə bağlı etirazlar başlayıb. SİA xəbər verir ki, bu ölkədə fəaliyyət göstərən “Fəhlə Gücü” həmkarlar ittifaqının baş katibi Frederik Suyo hökumətə tətil xəbərdarlığı edib. O, bununla bağlı Baş nazir Fransua Bayruya müraciət ünvanlayıb. “İyulun 15-də açıqlanan büdcə tədbirlərinə qarşı dövlət və özəl sektorda çalışan bütün işçiləri tətilə və mübarizəyə çağırırıq. Hökumətin təqdim etdiyi planlar amansız və ədalətsizdir. Bunlara iki bayram gününün ləğvi, əmək hüququna müdaxilə, işsizlik sığortası ilə bağlı islahatlar, pensiyaların inflyasiyadan ayrılması və tibbi ödənişlərin ikiqat artırılması daxildir”, – deyə o…

Daha çox

Xəzər rayonunda “Qərbi Azərbaycan irsi” kitabın I cildinin təqdimatı keçirilib

30 iyul 2025-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” adlı kitabın I cildinin təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva, YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə, RİH başçısının müavinləri, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdirləri, Qərbi Azərbaycan İcmasının İdarə Heyyətinin üzvü, Zəngibasar rayon icmasının sədri Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan…

Daha çox

Kiyevdə bütöv bir ailə evin dağıntıları altında qalıb

Təqaüdçü möcüzə nəticəsində sağ qalıb və xilasedicilərin nəvə və uşaqlarını çıxaracaqlarını gözləyir. Rusiya Silahlı Qüvvələrinin gecə hücumu nəticəsində yaşayış binasının bütöv bir girişi dağılan Kiyevin Svyatoşinski rayonunda dağıntılar altında hələ də insanların axtarışı davam edir. Faciə baş verən yerdə təqaüdçü xilasedicilərin ailə üzvlərini tapmasını gözləyir. SİA-nın məlumatına görə, TSN xəbər verir ki, qadının qohumlarından dördü bir vaxtlar onun mənzili olan binanın xarabalıqları altında qalıb. …Nəvənin 22, ikincinin 18 yaşı var. Oğlunun 43, gəlininin isə 47 yaşı var. Hamısı yetkin insanlardırlar. Hamımız mənzildə idik. Bir anda…

Daha çox

“Baş verən meşə yanğınlarının əsas səbəbi ehtiyyatsızlıqdır”

“Son 5 ildə Avstraliyada baş verən meşə yanğınlarında 18 milyon hektardan çox meşə yanıb. 3 milyarddan çox heyvanın öldüyü və ya yanğından təsirləndiyi bildirilir. Kanadada meşə yanğınlarında 17 milyon hektardan çox meşə sahəsi yanıb. Amazon meşələri yanğınlarında 1 milyon hektardan çox meşə sahəsi məhv olub. Ərazisinin təqribən 27 %-nin meşələrlə əhatə olunduğu Türkiyədə bir həftədən çoxdur meşə yanğınları davam edir. Ötən il baş verən və təqribən iki həftə boyunca davam edən analoji yanğınlarda minlərlə hektar meşəlik ərazi yanaraq külə dönmüşdü. Azərbaycan da belə fəlakətlərdən sığortalanmayıb. Ölkəmizdə yanğınlar daha çox dağ…

Daha çox

SOCAR II rübdə neft ixracını cüzi artırıb

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 4 milyon 157 min 350 ton təşkil edib. SİA bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 min 623 min ton və ya 0,06 % çoxdur. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Qeyd edək ki, 2024-cü ilin ikinci rübündə…

Daha çox

Pirallahı rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

31 Iyul 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində Pirallahı Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirildi. SİA xəbər verir ki, konfransda RİH başçısı Vasif İmanov, Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, sədrin birinci müavini, millət vəkili Əhliman Əmiraslanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, RİH başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov və Şuranın üzvləri iştirak etdilər. Konfrans Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Ardınca Pirallahı…

Daha çox